Icma.az
close
up
RU
Bizim çempionatı onlar da bəyənmirlər

Bizim çempionatı onlar da bəyənmirlər

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Azərbaycan futbolunda daim aktual olan problemlərdən biri də səviyyəli legionerlərin transferi ilə bağlıdı.

Bizim azarkeşlər daim klublarımızı, xüsusən də “Qarabağ”ı tənqid edirlər. Onlar düşünürlər ki, ölkə klublarına lap elə Ronaldo ilə Messini gətirib, avrokuboklarda bütün rəqibləri məğlub etmək mümkündü. Yetər ki, misal üçün “Qarabağ”ın prezidenti Tahir Gözəl indikindən daha artıq səxavətli olsun, əcnəbilərin gəlişi üçün milyonlar xərcləməyə razılıq versin. Həm Tahir bəy, həm də Qurban Qurbanov hər dəfə daş atıb, başını tutur ki, məsələ pulda deyil, indikilərdən daha səviyyəli futbolçular özləri Azərbaycana gəlməkdə maraqlı deyillər. Lap istəyirsən onlara qızıldan heykəl də qoy. Nədənsə azərbaycanlı azarkeşlər buna inanmaq istəmirlər.
İndi diqqətinizi bir məsələyə çəkəcəm, ondan sonra bir daha görəcəyik ki, Azərbaycandan kənarda bizim şanlı-şöhrətli premyer-liqamıza necə baxırlar. Mən heç uzağa gedib, Avropanın qərbinə boylanmayacam. Heç uzaq Braziliyadan, yaxud da Argentinadan da bəhs etməyəcəm. Bizim qardaş gözü ilə baxdığımız, özümüzə bir köynək yaxın bildiyimiz qonşu ölkələrdən danışmaq istəyirəm. Yox, ağlınıza Türkiyə gəlməsin. “Arkadaşların” bizə necə yuxarıdan aşağı baxdıqları hər kəsə məlumdu. Həmin o münasibəti Sərgən Yalçının “Azərbaycan-məzərbaycan” sözlərindən üzübəri görə-görə gəlmişik. Bu dəfə uzun illər eyni ittifaqda yer alıb, eyni dövlətin pasportunu daşıdığımız Qazaxıstanla Özbəkistandan danışacam. Daha doğrusu, onların bizim çempionatı bəyənməməsindən.
Amerika qitəsində start götürən dünya çempionatını hamı səbirsizliklə gözləyirdi. İştirakçı 48 ölkənin sırasında Özbəkistanın da adının olması bizim üçün sevindirici məqamdı. Özbəkistan yığmasının heyətində mundialda iştirak edəcək namizəd futbolçular sırasında “Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev də yer alırdı. Azərbaycan çempionu olan Umarali mövsüm ərzində sabit çıxış etmiş, komandasına fayda verməyi bacarmışdı. Özbəkistanın italiyalı çalışdırıcısı Kannavaro onu genişləndirilmiş heyətə çağıranda ümidimiz birəbeş artdı. Amma çox keçmədən bu ümidlər yerini təəssüfə verdi. Çünki Raxmonaliyev yekun siyahıda yer almadı, dünya çempionatında meydana çıxmaq, vətəni ilə yanaşı, “Sabah”ı da təmsil etmək şansı qazanmadı.
Deyək ki, Özbəkistan yığmasında rəqabət yüksəkdi, məsul yarışa hazırlaşan Kannavaro riskə getmək istəmədi. Onun üçün “Sabah”ın heyətində “qızıl dubl” etmək ciddi göstərici sayılmadı. Bununla hardasa razılaşmaq olar. Bəs Talqat Baysufinova nə olub? Onun çalışdırdığı Qazaxıstan yığması da bizim kimi dünya çempionatından kənar qalıb. Məsələ ondadı ki, Baysufinovun dəvət göndərdiyi üç qapıçının arasında “Sabah”ın əvəzolunmaz “çərçivə” qoruyucusu Stas Pokatilov yer almadı. Adam “Sabah”da sabit çıxış edib, həm Azərbaycan kubokunun qalibi olub, həm də ölkə çempionatında qızıl medallar qazanıb. Di gəl ki, Qazaxıstan yığmasına dəvətə layiq görülməyib.
Səbəblər müxtəlif ola bilər. Amma ilkin təəssürat ondan ibarətdi ki, nə Özbəkistanda, nə də Qazaxıstanda Azərbaycan premyer-liqası ciddi turnir kimi qəbul olunur. Bizim premyer-liqada “qızıl dubl” edənlər orda milli komandaya layiq görülmür. Biz özümüzü burdan-bura qazaxlara, özbəklərə bəyəndirə bilmiriksə, “Qarabağ”ı səviyyəli futbolçuları razı sala bilməməsinə görə qınamağa dəyərmi?!
AMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 İyun 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri