Icma.az
close
up
RU
“Bizim həkimlərdən çoxu Sovet təhsili aldığı üçün bu üsulu tətbiq edirdilər” AÇIQLAMA

“Bizim həkimlərdən çoxu Sovet təhsili aldığı üçün bu üsulu tətbiq edirdilər” AÇIQLAMA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qeysəriyyə əməliyyatı qarın divarı və uşaqlığın kəsilməsi ilə baş tutur. Uşaq çıxarıldıqdan sonra uşaqlıq divarındakı kəsik tikilir. Toxumaların birləşməsi uzun müddət tələb etmir. Ancaq əvvəlki vəziyyətə qayıtmaq heç zaman mümkün olmur. Yaranan çapıq toxumasının güvənə biləcəyimiz qədər möhkəm olması üçün birinci əməliyyatdan ən az iki il sonraya qədər ikincinin olmamasını məsləhət görürük".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib. 
O bildirib ki, hamiləlik yenidən baş verdikdə uşaqlıq böyüyür, genişlənir:
"Hamiləliyin ilk günlərindən başlayaraq uşaqlıqda yığılmalar baş verir. Sona doğru yığılmalar artır və uşaqlığın yırtılması təhlükəsi yaranır. Tibbdə hər məsələ olduğu kimi bu da mübahisəli məsələdir. Risk o qədər deyil ki, qısa müddətdə hamilə qalan qadınlara uşağı düşürtməyi məsləhət görək. Bəzi həkimlər bu təklifləri edirlər. Qadınlar qorxur və riskə getmək istəmirlər".
Onun sözlərinə görə, əvvəllər qeysəriyyə çapığının ölçülməsi məsələsi var idi:
"Bu daha çox Sovet səhiyyəsinin tətbiq etdiyi üsul idi. Çapığın böyüklüyü və qalınlığı ölçülürdü. Bizim həkimlərdən çoxu orada təhsil aldığı üçün bu üsulu tətbiq edirdilər. Qərb səhiyyəsində və sübuta əsaslanan tibbdə belə anlayış yoxdur. Azərbaycan Türkiyə təhsilli həkimlər artdıqca çapığın ölçülməsi məsələsi ləğv edilib. 
Xəstənin vəziyyəti daha çox klinik olaraq dəyərləndirilir. Xəstənin ağrılarına, gedişata görə qərar verilir. Çapığın qalınlığına görə qərar vermək hiperdiaqnostika olur. Nəticədə həddən artıq xəstəxana yatışı, vaxtından əvvəl müdaxilələr olur. Bu üsul tibbi cəhətdən əsaslandırılmayıb".
Qeyd edək ki, Respublika Klinik Xəstəxanasında ana ölümü qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, pasiyent xəstəxanaya hospitalizasiya edilərkən əvvəlki qeysəriyyə çapığı bölgəsində şiddətli ağrılar hiss etdiyini bildirib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Yanvar 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri