Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1992-ci ilin bu günündə Azərbaycanın milli pul vahidi manat dövriyyəyə buraxılıb. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat = 10 rubl nisbətində rublla paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə edilib.
Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.
2006-cı il yanvarın 1-dən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN birgə 1 il ərzində dövriyyədə olub və yalnız 2007-ci il yanvarın 1-dən yeni manata tam keçid təmin edilib.
Bəs, avqustun 15-də dünyada daha hansı hadisələr baş verib?
1. 1498-ci il. Xristofor Kolumb üçüncü səyahəti zamanı Qrenadanı kəşf edib.
2. Fateh Sultan Mehmetin başçılığı altında olan Osmanlı ordusu təxminən 1 il davam edən mühasirədən sonra 1461-ci ilin 15 avqustunda Trabzonu ələ keçirdi və bununla da Trabzon yunan imperatorluğu süquta uğradı.  
3. 15 avqust 1722-ci ildə çar Rusiyası eskadası Azərbaycanın qədim şəhəri Dərbəndə daxil oldu. Bir həftə sonra isə rus piyadaları bu əraziyə çatdılar. Bununla da Azərbaycanın şimal ərazilərinin Rusiya imperiyası tərəfindən işğalı başlandı. 
4. 1905-ci ilin 15 avqustunda Nijnı Novqorodda Rusiya Müsəlmanlarının I Qurultayı keçirildi. Həmin qurultayda Rusiya Müsəlmanlar İttifaqı yaradıldı. Qeyd edək ki, azərbaycanlı Əlimərdan bəy Topçubaşov bu təşkilatın ilk rəhbərlərindən olub.  
5. Atlantik okeanı ilə Sakit okeanı bir-birinə bağlayan, inşası 33 il davam edən Panama kanalı 15 avqust 1914-cü ildə açıldı.
İkinci Dünya Müharibəsinin gedişində - 1944-cü ilin 15 avqustunda mühüm hadisə baş verdi: ABŞ-ın 7-ci ordu hissələri Fransanın Rivyera əyalətinə çıxarıldı. Bununla da Normandiyadan sonra Avropanın şimalında daha bir cəbhə açıldı.
6. 15 avqust Hindistanın Müstəqillik Günüdür. Cənubi Asiyanın ən böyük dövlətlərindən və Böyük Britaniyanın müstəmləkəsi olmuş Hindistan 1947-ci ilin bu günü istiqlaliyyətini elan etsə də, 1950-ci ilədək Britaniya Birliyinin tərkibində qalıb.
7. Türkiyə, İngiltərə, Yunanıstan və Kiprdəki türk və yunan nümayəndələrinin imzaladığı Zürih və London müqavilələrinə əsasən, 1960-cı ilin 15 avqustunda Qıbrız respublika quruluşunu elan etdi və bu 3 ölkə yeni Kipr dövlətinin qaranti ölkələri oldu. 
8. 15 avqust 1969-cu ildə “Woodstock” Musiqi və Sənət Festivalı 400 min adamın iştirakıyla Nyu Yorkda başladı və 3 gün davam etdi.
15 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Məşhur ingilis yazıçısı, milliyyətcə şotland olan Volter Skott 1771-ci ilin bu günü anadan olub. Dünyanın ən böyük sərkərdələrindən olan, Fransanın dövlət xadimi Napoleon Bonapart 1769-cu ilin 15 avqustunda Korsika adasında doğulub. Fransa ordusunun strategiya və taktikasını daha da təkmilləşdirən Napoleon dünya hərb sənəti tarixində görkəmli yer tutur. Lakin 1815-ci ildə Vaterloo döyüşündə ağır məğlubiyyətdən sonra ömürlük Müqəddəs Yelena adasına sürgün olunub və 1821-ci il mayın 5-də orada 57 yaşında vəfat edib. (1769-1821)
2. 1905-1911-ci illər İran inqilabının və Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, xalq qəhrəmanı Səttarxan 1867-ci il 15 avqustda dünyaya gəlib. Gənc yaşlarından şah üsuli-idarəsinə qarşı döyüşən, 1905-ci ildən inqilabi hərəkata qoşulan, Təbrizin Əmirəqız məhəlləsi mücahidlərinin başçısı və “Həqiqət” Əncüməninin üzvü olan Səttarxan 1908-ci ildə 40 minlik şah qoşununu məğlubiyyətə uğradıb.
Üsyan yatırıldıqdan sonra Səttarxan 100 nəfərlik fədai dəstəsi ilə Tehrana gedib. Elə həmin il hökumət qoşunları qəflətən hücumla fədailəri tərksilah edib, Səttarxan ağır yaralanıb və uzun sürən xəstəlikdən vəfat edib. (1867-1914)
3. 15 avqust 1922-ci il tarixində Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı Konstantin Adamov (1922-1990) doğulub. O Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
4. Azərbaycan və Sovet diplomatı və jurnalisti, SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini (1962–1985) Ənvər Məmmədov 15 avqust 1923-cü ildə anadan olub. Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Afaq Bəşirqızı 15 avqust 1955-ci ildə dünyaya göz açıb.
5. Azərbaycanlı tarzən, Xalq artisti Həbib Bayramov 15 avqust 1994-cü ildə dünyasını dəyişib (14.7.1926-15.8.1994).
6. Azərbaycanlı aktrisa, Xalq artisti Məhluqə Sadıqova 15 avqust 2003-cü ildə vəfat edib (28.4.1917-15.8.2003).
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:534
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Avqust 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri