Icma.az
close
up
RU
BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1991-ci ilin bu günündə Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında muxtar respublika ərazisində Sov.İKP-nin və komsomol təşkilatının fəaliyyətinin dayandırılması və onların əmlakının milliləşdirilməsi haqqında qərar çıxarılıb. Ali Məclis, həmçinin Moskvada kommunist-revanşist qüvvələrin “avqust qiyamı”nı pisləyən bəyanat qəbul edib.
Bəs, avqustun 27-də dünyada daha hansı hadisələr baş verib?
1. 27 avqust 1389-cu ildə Osmanlı ordusu serbləri Kosova meydanı müharibəsində məğlub etdi. Sultan 1-ci Murad qələbədən sonra döyüş meydanını gəzərkən yaralı bir serb əsgəri tərəfindən öldürüldü.
2. 27 avqust 1922-ci Türk ordusu yunan işğalı altındakı Afyonu xilas etdi.
3. 27 avqust 1950-ci ildə BBC dünyada ilk xarici televiziya yayımını həyata keçirdi.
4. 1955-ci ilin bu günündə “Ginnesin rekordlar kitabı” ilk dəfə Böyük Britaniyada “Ginness” pivə zavodunun sifarişi ilə nəşr edilib. Çox keçmədən Britaniya bestselleri olub. Hazırda isə dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur.
5. 27 avqust 1979-cu ildə Türk Hava Yollarının Frankfurt bürosuna terror təşkilatı ASALA tərəfindən bombalı hücum edildi.
6. 27 avqust 1973-cü ildə Türkiyə-İraq Neft Kəməri Müqaviləsi imzalandı.
7. 27 avqust 1978-ci ildə Birma Hava Yollarına aid bir təyyarə havada partladı, göyərtədəki 14 nəfər həlak oldu.
8. 27 avqust 1982-ci idə Türkiyənin Ottavadakı səfirliyinin hərbi attaşesi Atilla Altıkat terror təşkilatı ASALA tərəfindən təşkil olunan silahlı hücumda şəhid oldu.
9. 27 avqust 1991-ci ildə Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə Leninin şəhərin mərkəzi meydanındakı heykəli sökülüb. Onun adını daşıyan meydanın adı dəyişdirilərək “Azadlıq meydanı” adlandırılıb.
10. 27 avqust 2002-ci ildə Tokioda bir məhkəmə ilk dəfə Yaponiyanın 2-ci Dünya müharibəsində və  ondan əvvəl bioloji silahdan istifadə etdiyini qəbul etdi.
11. 27 avqust 2007-ci ildə Yunanıstanın Mora yarımadasının üçdə ikisinə təsir edən və fövqəladə hal elan edilməsinə səbəb olan meşə yanğınlarında 62 insan həlak oldu.
Avqustun 27-də bu şəxsiyyətlər xatırlanır:
1. 27 avqust 1918-ci ildə Əməkdar rəssam Ənvər Almaszadə (1918 – 6.3.2007) Bakıda doğulub. Akademik Opera və Balet Teatrında rəssam (1937–1992) işləyib.
2. 27 avqust 1921-ci ildə yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 – 18.1.1983) Xızıda doğulub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru” və s. pyeslərin, “Bahar оğlu”, “Məşəl” kitablarının müəllifidir. “Kirpi” jurnalının baş redaktoru olub.
3. 27 avqust 1928-ci ildə Əməkdar rəssam Nadir Zeynalov (1928 – 16.3.1987) anadan olub.
4. 27 avqust 1929-cu ildə Əməkdar mədəniyyət işçisi, aktyor, rejissor Məmmədkamal Kazımov (1929 – 13.12.2005) Bakıda anadan olub. Akademik Dram, Sumqayıt, Ağdam teatrlarında çalışıb, filmlərdə çəkilib.
5. 27 avqust 1942-ci ildə ərəbşünas alim, akademik Vasim Məmmədəliyev (1942 – 13.10.2019) Bakıda anadan olub. “Qurani Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biridir. “Ərəb dilçiliyi”, “Quran və elm” və s. monoqrafiyaların, dərsliklərin müəllifidir.
6. 27 avqust 1998-ci ildə görkəmli kinorejissor, Xalq artisti Tofiq  Tağızadə (7.2.1919 – 1998) vəfat edib. Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “O dünyadan salam” və s.
7. 27 avqust 2022-ci ildə Azərbaycan miniatür sənətinin tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə (7.12.1947 – 2022) vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Avqust 2026 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see445

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see386

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see272

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see255

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see246

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see240

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see232

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see225

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see207

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see198

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see198

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see191

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see183

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see182

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see182

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see177

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see165

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri