Icma.az
close
up
RU
BİZİM TƏQVİM:27 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:27 noyabrda baş vermiş tarixi hadisələr

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

27 noyabr 1895-ci ildə Alfred Nobel (1833-1896) varidatını Nobel Fonduna bağışladığı barədə vəsiyyətnamə imzalayıb. Nobel son vəsiyyətində varidatının təxminən 94 faizini “il ərzində bəşəriyyətə böyük töhfələr vermiş şəxslər” üçün beş mükafatın (fizika, kimya, tibb (fiziologiya), ədəbiyyat və sülh) təsisinə ayırıb. 
1875-cu ildə Bakıda öz şirkətlərini yaradan Nobel qardaşları qısa müddətdə Abşeronun bir sıra neft mədənlərinin sahibi olub, böyük kapitala yiyələniblər. Hazırda həmin pullar "Nobel mükafatı" formasında hər il müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur.
Bəs, noyabrın 27-də dünyada daha nələr olub?
1.  27 noyabr 1909-cu ildə amerikalı ixtiraçı Tomas Edison ilk səsli filmi nümayiş etdirdi.
2.  27 noyabr 1942-ci ildə alman orduları Fransa Donanmasının olduğu Toulon şəhərini ələ keçirdi. Almanların əlinə keçməməsi üçün fransız dənizçilər 73 gəmidən ibarət donanmanı batıraraq məhv etdilər.
3.  27 noyabr 1950-ci ildə Koreyada 4 gün davam edən Kunuri müharibəsi başlandı. 5 min nəfərlik Türk hərbi hissəsi Çin və Şimali Koreya qüvvələri tərəfindən mühasirəyə alınan ABŞ-ın 8-ci Ordusunun tamamilə məhv edilməsinin qarşısını aldı və Kunuri müharibəsində qələbə qazandı.
4.  27 noyabr 1967-ci ildə Fransa İngiltərənin Ortaq bazar üzvlüyünə veto qoydu.
5.  27 noyabr 1974-cü ildə Pakistan zəlzələ ilə sarsıldı; 4 min 200 nəfər həyatını itirdi.
6.  27 noyabr 2002-ci ildə BMT-nin silahlara nəzarət üzrə müfəttişləri 4 ildən sonra İraqda yenidən vəzifəyə başladı.
Noyabrın 27-də bu şəxsiyyətlər xatırlanır:
1.  27 noyabr 1870-ci ildə məşhur şərqşünas, maarifçi Mirzə Kazım bəy (22.6.1802 –1870) vəfat edib. Peterburq Universiteti Şərqşünaslıq fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.
2.  27 noyabr 1895-ci ildə “ Üç muşketyor” və “Qraf Monte Kristo” başda olmaqla klassik əsərlər qələmə alan fransız yazıçı Aleksandr Duma 71 yaşında dünyasını dəyişdi.
3.  27 noyabr 1912-ci ildə Xalq artisti, aktyor və rejissor İsa Musayev (1912 – 8.2.1976) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.
4.  27 noyabr 1919-cu ildə Əməkdar incəsənət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (1919 – 16.1.1998) anadan olub. “Gülmək cana faydadır”, “Qarğa, məndə qoz var” və s. komediyaların, yumoristik hekayə və səhnəciklərin müəllifidir.
5.  27 noyabr 1934-ci ildə Əməkdar incəsənət xadimi, dirijor Kazım Əliverdibəyov (1934 – 19.12.2022) Bakıda anadan olub. Opera və Balet Teatrında işləyib. Bakı Musiqi Akademiyasının professorudur, Türkiyədə (İzmir Konservatoriyası) dərs deyib.
6.  1940-cı ilin bu günündə məşhur döyüş ustası və aktyor Brüs Li doğulub (1940-1973). Sağ ayağı anadangəlmə qısa olan Brüs Li küçə davalarından birində döyüləndən sonra Kunq-fu döyüş sənəti ilə maraqlanmağa başlayır. O, təlimlərdə Ving Çun döyüş sisteminə mükəmməl şəkildə yiyələnir. ABŞ-a köçdükdən sonra 1967-ci ildə özünümüdafiə texnikalarına əsaslanan Cit Kun Do adlı döyüş sistemi yaradır. 
7.  27 noyabr 1945-ci ildə Əməkdar rəssam, heykəltaraş Namiq Dadaşov (1945 – 7.10.2008) anadan olub. Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.
8.  27 noyabr 2015-ci ildə görkəmli dilçi alim, akademik Tofiq Hacıyev (1.5.1936 – 2015) vəfat edib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Noyabr 2024 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri