Icma.az
close
up
RU
BİZİM TƏQVİM:27 yanvar tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:27 yanvar tarixində baş vermiş mühüm hadisələr

Icma.az, Bizim media saytına istinadən bildirir.

1571-ci ilin bu günündə Səfəvilər dövlətin hökmdarı l Abbas anadan olub. O, I İsmayıldan sonra Səfəvilər sülaləsinin ən tanınmış nümayəndəsi olub. Avropada onu “Böyük Abbas” adlandırırdılar. Şah Abbas Azərbaycan dilinə böyük önəm verib. Sarayda Azərbaycan dilində danışmaq məcburi və zəruri idi.
Bəs, 27 yanvarda dünyada daha hansı hadisələr baş verib?
1. 1299–cu ilin bu günündə Osmanlı İmperiyasının əsası qoyulub.
2. 27 yanvar 1888-ci ildə Vaşinqtonda Beynəlxalq Coğrafiya Cəmiyyəti təsis edilib.
3. Birinci Dünya Müharibəsindən sonra itirilən və Suriyanın içində muxtar status əldə edən Hataya 1937-ci ilin 27 yanvarında Millətlər Cəmiyyəti tərəfindən müstəqillik verildi. 12 sentyabr 1938-ci ildə qurulan müstəqil Hatay Respublikası 1939-cu ilin 2 iyununda Türkiyəyə birləşmə qərarı verdi. Bu qərarla Türkiyənin cənub sərhədi də dəqiqləşmiş oldu.
4. 900 günlük mühasirədən sonra - 1944-cü il yanvarın 27-də Leninqradın (Sankt-Peterburq) blokadası aradan qaldırıldı. Mühasirədə olduğu günlərdə Leninqradda 640 mindən çox adam acından, 10 minlərlə insan köç zamanı, şəhərin artilleriya atəşinə tutulması və 17 min sakinsə bormardman zamanı həlak oldu, 34 min adam yaralandı.
5. 27 yanvar 1958-ci ildə Kiprdə minlərlə türk adanın türklər və rumlar arasında ikiyə bölünməsi üçün nümayişə çıxdı. İngiltərə hərbçiləri nümayişçilərə qarşı güc tətbiq etdi. Hadisələr zamanı onlarla adam yaralandı, səkkiz türk həyatını itirdi.
6. NASA Ay Proqramının birinci kosmik gəmisi olan “Apollo-1” 1967-ci il 27 yanvarında Kennedi Kosmos Mərkəzində test zamanı yandı. Astronavtlar Qas Qrissom, Edvard Hiqqins Uayt və Rocer Çaffi həlak oldular.
7. Türkiyənin Los Angelesdəki baş konsulu Məmməd Baydar və konsul Bahadır Demir 1973-cü il 27 yanvarda uğradıqları sui-qəsd nəticəsində şəhid oldular. ASALA terror təşkilatı tərəfindən törədilən sui-qəsdi törədən erməni əsilli ABŞ vətəndaşı Qurgen Yanıkyan qısa zamanda tutuldu və ömürlük həbsə məhkum edildi.
8. 2008-ci ilin bu günündə “Xəzər Lənkəran” Sankt-Peterburqda Birlik Kubokunu qazanıb.
27 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. 27 yanvar 1924-cü ildə görkəmli siyasi xadim, Şimali Kipr Türk Respublikasının qurucusu və birinci prezidenti Rauf Denktaş anadan olub (1924-2012).
2. 1906-cı ilin bu günündə Azərbaycan alimi, tarixçisi və şərqşünası, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli Sara Aşurbəyli anadan olub (1906-2001). O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Sərgilərdən birində onun “Göygöl” əsərini Meksika nümayəndələri alıblar. Bu əsər indi Meksika muzeylərindən birində saxlanır.
3. SSRİ-də qazma turbinin yaradıcılarından biri, neft-mədən sahəsində görkəmli Azərbaycan alimi Əyyub Tağıyev 1911-ci il 27 yanvarda anadan olub. Amerika, Fransa, İtaliya və başqa ölkələrin firmalarına onun qazma turbininin tətbqi üçün lisenziya verilib. Əyyub Tağıyevin Hindistan, Braziliya və Argentinanın neft sənayesinin inkişafında da rolu olub (1911-1966).
4. Nağaranı solo alət səviyyəsinə qaldırmış populyar ifaçı Çingiz Mehdiyev 1932-ci ilin bu günü doğulub. (1932-1992)
5. 2014-cü ilin bu günündə sevilən müğənni Məhəbbət Kazımov dünyasını dəyişib.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:288
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Yanvar 2026 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri