Bizim tərəfimizdən də tələblər olmalıdır Kallas
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqı (Aİ) noyabrın 4-də Brüsseldə keçirilən Ukrayna ilə bağlı danışıqlarda Aİ ölkələrinin Rusiyaya qarşı tələblərlə bağlı razılaşdırılmış mövqeyinin nəzərə alınacağına ümid edir.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
"Mən ümid edirəm ki, danışıqçılar bizim Aİ-nin xarici işlər nazirləri ilə razılaşdırdığımız Rusiyaya qarşı tələblərə dair sənədi həqiqətən nəzərə alacaqlar", - Kallas deyib.
Onun sözlərinə görə, indiyədək danışıqlar prosesi əsasən Ukraynadan gözlənilən güzəştlər üzərində qurulmuşdu. Bununla əlaqədar olaraq, Aİ danışıqlara daha balanslı yanaşmanı təmin etmək üçün Rusiyaya qarşı maksimal tələblərin siyahısını hazırlayıb.
"Rusiya hələ də özünün maksimum tələblərini irəli sürür. Danışıqlara bərabər şərtlərlə başlamaq üçün bizim tərəfimizdən də tələblər olmalıdır", - Avropa diplomatiyasının rəhbəri vurğulayıb.
Daha əvvəl bildirilib ki, noyabrın 4-də Avropa Komissiyası Brüsseldə Ukrayna, ABŞ, NATO, Fransa, Almaniya, Böyük Britaniya və Dünya Bankının nümayəndələri ilə Ukraynanın müharibədən sonrakı bərpasına və iqtisadi inkişafına həsr olunmuş görüş keçirir.
Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos isə qeyd edib ki, Aİ, o cümlədən onun Avropanın təhlükəsizliyinə verdiyi töhfəni nəzərə alaraq, Ukraynanın birliyə üzvlük istiqamətində maksimum dərəcədə tez irəliləyəcəyinə ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 04 Noyabr 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















