Icma.az
close
up
RU
Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib

Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabr ayının 3-də AMEA-nın 80 illik yubileyində iştirak edib. O, çıxışında Ulu Öndərin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gəncinin o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərildiyini və beləliklə, ölkəmizdə intellektual potensialın daha da gücləndiyini deyib. Eyni siyasət müstəqillik illərində də aparılıb. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə göndərilir və onların demək olar ki, böyük əksəriyyəti oxuyub Vətənə qayıdır və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Məhz bu gənclərin böyük qismi bu gün Azərbaycanın quruculuq prosesində ön cərgədə çalışırlar. Ölkəmizdə elmin intensiv inkişafı, Elmlər Akademiyasının tərəqqisi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Elm sahəsinə xüsusi diqqət göstərən Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində fundamental tədqiqatlar xeyli genişlənmişdi. Elm adamlarının cəmiyyətdə nüfuzunu yüksəltmək, onların əməyini layiqincə qiymətləndirmək Heydər Əliyevin rəhbərlik fəaliyyətində daim diqqət mərkəzində saxlanılmışdır. 2001-ci ildə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adının verilməsi, AMEA üzvlərinin say tərkibinin artırılması, 2002-ci ildə Naxçıvan Bölməsinin yaradılması, 2003-cü ildə AMEA-ya yüksək statusun verilməsi və onun yeni Nizamnaməsinin təsdiq edilməsi və s. kimi mühüm addımlar ölkəmizdə elmin və təhsilin inkişafına böyük təkan vermişdir.

Prezident İlham Əliyev Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşünün məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olduğunu və o vaxt maliyyə imkanlarının məhdud olduğuna baxmayaraq, Akademiyanın işinə, Akademiyanın qorunmasına və alimlərin fəaliyyəti üçün vəsait ayrıldığını qeyd etdi: “İllər keçdikcə, Azərbaycan inkişaf etdikcə vəsait daha böyük həcmdə ayrılır. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Yeni böyük elmi kitabxana, Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır. O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” və Dövlət Proqramı qəbul edilmişdir”. Şübhəsiz ki, zaman keçdikcə dövr dəyişir, bununla da qarşıda duran prioritetlər də, vəzifələr də əvvəlki dövrlərdən xeyli fərqlənir və ölkələrin inkişafını, təhlükəsizliyini həmin ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün bu, iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, yeni müharibələrdə nəzərə çarpır. Sevindirici haldır ki, Azərbaycan da digər inkişaf etmiş ölkələrdən bu sahədə geri qalmır və buna səylə çalışır.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında bir sıra tarixi həqiqətləri açıqlamaqla, Ermənistan cəmiyyətinə də mesaj vermiş oldu. Məlum olduğu kimi, ümumən erməni cəmiyyətinin ayrı-ayrı təbəqələrində Azərbaycanın guya Ermənistanı işğal etmək istədiyinə dair fikir var. Əlbəttə, bu kimi sərsəmliklər erməni cəmiyyətinə xaricdən də ixrac olunmaqdadır. Məqsəd bəllidir: Azərbaycanlılarla ermənilər arasında münaqişə məntiqini qorumaq. Tam aydındır ki, bəzi qüvvələr bu məntiqi özlərinin Cənubi Qafqaz planlarının gələcəyi üçün müstəsna alət kimi görürlər. Prezident İlham Əliyev isə çıxışında sadə reallığı ortaya qoyaraq bildirdi ki, Azərbaycan əhalisi ölkə hüdudlarından kənarda da yaşayır: “Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar”.

Prezident İlham Əliyevin üzərində dayandığı vacib nüans azərbaycanlıların heç vaxt separatizm xəstəliyinə düçar olmadıqlarıdır. Ölkəmizin lideri bu fikri ilə əslində fərqi anladır. Yəni, ermənilərdən fərqli olaraq, azərbaycanlılar nəinki separatizm, habelə təfriqə və nifaq yolu tutmurlar və tutmayıblar. Əksinə, “Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq”. Bunları qeyd edən Prezident İlham Əliyev nəticəyə gəlir və Ermənistana başlıca mesajı çatdırır: “Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”, - deyən ölkəmizin liderinin vaxtilə səsləndirdiyi “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq” fikrini təkrarlaması da xüsusi anlam daşıyır. Anlam Azərbaycanın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dinc məqsədə söykənməsidir.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Noyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see181

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see173

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see165

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see163

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see157

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see149

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see142

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see140

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see138

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see136

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see134

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see133

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see133

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see130

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see128

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see128

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see126

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see125

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see123

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri