Icma.az
close
up
RU
Biznes aləmində yeniliklər davam edir

Biznes aləmində yeniliklər davam edir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli  ölkədə biznesin dövlət qeydiyyatı sahəsində 2024-cü ildə başlanan mühüm yeniliklərin 2025-ci ildə də davam edəcəyini  bildirib.
İqtisadçı-ekspertin sözlərinə görə, 2024-cü ildə ölkədə biznesin qeydiyyatı sahəsində bir sıra əhəmiyyətli yeniliklər edilib. Bunlardan ən önəmlisi xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi,  yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanının yaradılmasıdır.
Qeyd edək ki, bu yeniliklər ölkəmizdə biznesin təsis olunması praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi prosesi çərçivəsində həyata keçirilib. Nəticədə hazırda biznesin qeydiyyatı prosesi üzrə Azərbaycan dünyada mövcud ən yaxşı təcrübələrdən birinə malikdir.
Ölkəmizdə biznesin qeydiyyatı prosesinin sadələşdirilməsi prosesi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun təhlilləri əsasında aparılır. Sözügedən işçi qrupuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəhbərlik edir. Hazırda bu qrup biznes qeydiyyatının səmərəliliyinin daha da artırılması üçün müvafiq Yol Xəritəsi çərçivəsində intensiv layihələr gerçəkləşdirir.  
Ekspert bildirib ki, son bir ildə biznesin qeydiyyatının sadələşdirilməsi məqsədilə “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü və müvafiq qurumların birgə səyi ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanaraq qəbul olunaraq təsdiqlənib. 
Bu addımlar nəticəsində kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində qüvvədə olan qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, xarici və yerli investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi prosesinə başlanılıb.
Eyyub Kərimlinin sözlərinə görə, xarici biznes üçün dövlət qeydiyyatının sadələşdirilməsi Azərbaycanda investisiya və biznes mühitinin cəlbediciliyinin artırılması ilə yanaşı, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinə də müsbət təsir göstərəcək.
2024-cü ildə bu sahədə daha bir mühüm addım yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilən dəyişiklik
lərin və qeydə alınan faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanının yaradılmasıdır.
MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanı biznesin vaxt itkisinin əhəmiyyətli azalmasına şərait yaradır.
Buna qədər ilkin qeydiyyatın elektron şəkildə qeydiyyatı yalnız yalnız yerli investisiyalı şirkətlər üçün mümkün idi. Amma “Biznesə daxilolma” işçi qrupu tərəfindən aparılan hüquqi, təşkilati və texniki tədbirlərdən sonra artıq yerli və xarici investisiyalı MMC-lər təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması üçün elektron ərizə ilə müraciət edə bilərlər.
Ekspertin fikrincə, bu sahədə aparılan islahatların 2025-ci ildə də davam edəcəyi gözlənilir. Belə ki, hazırda kommersiya qurumlarının benefisiar mülkiyyətçiləri barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların reyestrinin aparılması ilə bağlı işlər həyata keçirilir, müvafiq normativ sənədlər hazırlanır və qüvvəyə mindikdən sonra texniki imkanlar yaradılacaq.
“Beləliklə, ölkəmizin biznesin qeydiyyatı prosesi üzrə təkmilləşməkdə olan təcrübəsi ona dünya ölkələri arasında ən yaxşılardan biri kimi öz yerini saxlamağa imkan verəcək”, – deyə Eyyub Kərimli bildirib.

Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Yanvar 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri