Biznes mühitinin qanunvericilik normaları və elektron dövlət xidmətləri bərədə icmal hazırlanıb
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları və elektron dövlət xidmətləri bərədə zəruri məlumatların əks olunduğu icmal hazırlanaraq nəşr olunub.
İcmalın müvafiq bölmələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın aidiyyəti dövlət qurumlarının rəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib olunub.
Biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlı maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə icmalın bəzi hissələri təqdim olunur.
Mediasiyaya dair qanunvericilik tənzimlənməsi
Mediasiya ölkəmizdə mübahisələrin alternativ həll yollarından biridir.
"Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 2019-cu il 29 mart tarixində qəbul edilmiş və 2021-ci il iyulun 1-dən qüvvəyə minmişdir.
Bu Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.
Mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı adıçəkilən Qanunla müəyyən olunan prosesdir (Qanunun 1.0.1-ci maddəsi).
Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların müstəqilliyi, qərəzsizliyi və mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında aparılır (Qanunun 5-8-ci maddələri).
Ölkəmizdə mediasiya mülki, kommersiya, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə aparılır.
Bu mövzuda daha ətraflı məlumatla Biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivələri və elektron xidmətlər barədə İcmal sənədində (səhifə 12) tanış ola bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi rəhbərlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 23 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















