Icma.az
close
up
RU
Biznesdə də güc birlikdədir

Biznesdə də güc birlikdədir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Klaster yanaşmasının geniş imkanları

Qlobal iqtisadi mühitdə rəqabət qabiliyyətinin artırılması və dayanıqlı inkişafın təmin olunması baxımından klasterləşmə yanaşması getdikcə daha аktual xarakter alır. Azərbaycanda da bu istiqamətdə atılan addımlar sahibkarlar üçün yeni əməkdaşlıq platformaları və bazar imkanları formalaşdırır. Klaster modelləri innovasiyaların təşviqi, resursların səmərəli bölüşdürülməsi və ixrac potensialının genişləndirilməsi baxımından mühüm alət kimi çıxış edir.

Mövzu ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Strateji inkişaf və innovasiyalar departamentinin müdir müavini Altun Yasinli ilə həmsöhbət olduq.

– Klasterləşmə nədir və sahibkarlar üçün hansı imkanlar yaradır?

– KOB klaster – eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının birləşdiyi ekosistemdir. Bu ekosistem klaster daxilində əməkdaşlıq nəticəsində xərclərin optimallaşdırılmasına və istehsalın səmərəliliyinin artmasına səbəb olur. Eyni zamanda, KOB klaster modeli müəssisələrarası sinerjini, resursların birgə istifadəsini və innovasiyaların mübadiləsini gücləndirərək ümumi məhsuldarlığı artırır və sözügedən müəssisələrin rəqabət qabiliyyətinin inkişafını təmin edir.

– Klasterləşmə ilə bağlı ölkəmizdə hansı dövlət dəstəyi və güzəştlər var?

– Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən azad olunur. Eyni zamanda, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad edilir. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.

Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB klasterinin funksional xəritəsinin və maliyyə-iqtisadi əsaslandırılmasının hazırlanmasına, KOB klasterinin iştirakçısının tapılmasına müvafiq dəstək göstərilir.

– “KOB klaster şəhadətnaməsi”ni əldə etmək üçün hansı şərtlər və sənədlər tələb olunur?

– Müvafiq qanunvericiliyə əsasən ilkin olaraq yaradılacaq KOB klaster çərçivəsində “KOB klaster şirkəti”nin qarşılıqlı surətdə asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50 faizinin klasterin iştirakçısı olan yerli istehsalçılardan təchiz edilməsi tələb olunur. Burada məqsəd klasterin inkişafında yerli istehsalın və KOB subyektlərinin rolunun artırılmasıdır.

Eyni zamanda, Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması, istehlakın 50 faizdən artıq hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması və ya qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və s.) göstərilməsi “KOB klaster şirkəti”nin əsas meyarlarındandır. Ölkə regionlarının investisiya potensialına uyğun olaraq “KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrə də investisiyanın minimum həcmi müəyyən edilib.

“KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum KOBİA-dır. “KOB klaster şirkəti”nin yaradılması üçün kommersiya hüquqi şəxs müvafiq ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə yazılı və ya elektron formada KOBİA-ya müraciət etməlidir. KOB klasterin iştirakçısı olmaq istəyən KOB-lar isə klaster şirkəti ilə müqavilə bağlamalı və KOBİA-ya müraciət etməlidir. KOB klaster iştirakçılarına təqdim edilən şəhadətnamələr klaster iştirakçısı statusunu təsdiq edir və onlar da güzəştlərdən yararlanır.

Klasterləşmə, KOB klasterin yaradılmasına dövlət dəstəyi, güzəştlər, KOB klaster şirkəti və onun iştirakçısı şəhadətnamələrini almaq üçün lazım olan sənədlər barədə məlumatı sahibkarlar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edərək öyrənə bilərlər. Qeyd edim ki, mikro sahibkarlar da klaster daxilində tədarükçü, xidmət göstərən və ya logistika tərəfdaşı kimi iştirak edə bilərlər. Bu onların stabil sifariş portfeli əldə etməsinə kömək edir. Eyni zamanda, klaster vasitəsilə daha böyük bazara çıxış əldə edir. Birgə marketinq fəaliyyəti məhsulların tanıdılmasını asanlaşdırır. Həmçinin ortaq infrastrukturdan istifadə xərcləri azaldır. Bu model mikro sahibkarların sürətlə böyüməsinə əlverişli şərait yaradır.

– Hansı sektorlarda klasterlər yaradılması daha səmərəli olar?

– KOBİA tərəfindən ölkəmizin iqtisadi rayonları üzrə malik olduqları təbii resurslar və ixtisaslaşmış istehsal potensialları əsas götürülərək KOB klaster potensialının müəyyənləşdirilməsi üçün müvafiq araşdırma aparılıb. Araşdırma göstərir ki, ölkəmizdə aqrar emal, turizm, tullantıların təkrar emalı sahələrində KOB klasterlərin yaradılması daha səmərəlidir.

– Qarabağ və Şərqi Zəngəzurda hansı sahələrdə klasterlərə meydan açmaq olar?

– Bu iqtisadi rayonlarda aqrar emalyönümlü klasterlərin yaradılması üçün böyük potensial var. Eyni zamanda, turizm və otelçilik sahəsində klaster modeli regionun iqtisadi dirçəlişinə töhfə verə bilər. Şəhadətnamələrin verilməsində də azad edilmiş ərazilər üçün planlar var. Digər tərəfdən, Azərbaycanda artıq iki şirkətə “KOB klaster şəhadətnaməsi” verilib. İlk KOB klaster şirkəti “Frutena KOB klaster şirkəti” MMC-dir və həmin şirkət Qubada təbii meyvə konsentratı istehsal edəcək. Zavod 4 hektar ərazidə yerləşir. Burada illik 4 min ton alma konsentratının istehsal edilməsi nəzərdə tutulur ki, bunun üçün 28-30 min ton almadan istifadə olunması proqnozlaşdırılır.

KOB klaster şirkətinin fəaliyyəti üçün nəzərdə tutulan 15 milyon manat investisiyanın 80 faizi artıq zavodun fəaliyyətə başlaması üçün sərf olunub. Layihə çərçivəsində ilkin mərhələdə 50 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır. Burada tikinti-quraşdırma işləri artıq yekunlaşmaqda və avadanlıqların quraşdırılması işləri aparılmaqdadır.

Sumqayıtda fəaliyyət göstərəcək “Naturaoil KOB klaster şirkəti” MMC isə nəqliyyat vasitələrinin (avtomobil, yük maşınları, qatarlar, gəmilər) mühərrikləri üçün hidrorefinasiya olunmuş sürtkü yağı istehsal edəcək. Bu məqsədlə 0,7 hektar ərazidə qurulacaq zavodda əsasən yerli xammaldan, xüsusilə tullantı sürtkü yağlarından istifadə edilərək müasir tələblərə cavab verən ekoloji təmiz sürtkü yağları istehsal olunacaq. Layihə çərçivəsində sahibkar tərəfindən ilkin mərhələdə 3 milyon manat, ümumilikdə isə 5,8 milyon manat həcmində investisiya yatırılacağı nəzərdə tutulur. İlkin mərhələdə 30-a yaxın iş yerinin yaradılması planlaşdırılır.

Hər iki KOB klaster şirkətinin fəaliyyəti nəticəsində KOB-larla əməkdaşlıq və birgə fəaliyyət idxalın azalmasına, rəqabətqabiliyyətli məhsulların istehsalının genişlənməsinə, eyni zamanda, ixrac imkanlarının artmasına töhfə verəcəkdir.

Söhbəti qələmə aldı:
Nurlan ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see262

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see247

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see245

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see237

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see230

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see230

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see229

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see217

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see216

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see215

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see206

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see200

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see193

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see182

Şotlandiya Braziliya matçı ləngiyə bilər

24 İyun 2026 21:27see176

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see172

Mənə soyuq dəyib Tibdə bu diaqnoz varmı?

24 İyun 2026 21:49see172

Qabaqlayıcı hərəkət etmək əmri verilib Zelenski

25 İyun 2026 00:52see166

Madiboya ağır cəza Koneyə kobud müdaxilə baha başa gəldi

25 İyun 2026 00:10see163

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri