Icma.az
close
up
RU
Biznesin, sahibkarlığın inkişafı üçün yeni imkanlar yaranır

Biznesin, sahibkarlığın inkişafı üçün yeni imkanlar yaranır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan Mustar Respublikasında son illərdə islahatların dərinləşməsi müşahidə olunur

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;


Naxçıvanda yerli sahibkarların iştirakı ilə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2025-ci ilin yanvar-avqust ayları üzrə muxtar respublikada əldə olunan makroiqtisadi göstəriciləri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, qeyd olunan dövrdə ümumi daxili məhsul istehsalı 1 milyard 64 milyon 598 min 400 manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artıq göstəricidir. 

Hesabat dövründə 343 milyon 6 min 900 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricini 19,1 faiz üstələyir. Həmçinin iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala bir il öncəki göstəricidən 42,4 faiz çox, 122 milyon 629 min 300 manat vəsait yönəldilib. Sosial və iqtisadi sahələrin digər sferalarında da mühüm artımların olduğunu bildirən səlahiyyətli nümayəndə vurğulayıb ki, bu göstəricilər sahibkarlar üçün əlverişli mühitin formalaşdığını, rəqabətədavamlı məhsul istehsalına və xidmətlərin keyfiyyətinin artırılmasına mühüm şərait yaradıldığını təsdiq edir. Fuad Nəcəfli bildirib ki, muxtar respublikada fəaliyyət göstərən sahibkarlar üçün daha əlverişli və perspektivli mərhələyə qədəm qoyuruq. Dövlət başçımızın qətiyyəti sayəsində regionda proseslərin normallaşması istiqamətində əldə olunan razılaşma, Zəngəzur dəhlizinin reallaşması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası Naxçıvanı mühüm logistika mərkəzinə və investisiya zonasına çevirəcək. Yerli sahibkarlar yaranacaq bu imkanlara, o cümlədən yeni investisiya mühitinə hazır olmalı, rəqabətə davam gətirəcək addımlar atılmalıdır. Bunun üçün isə növbəti mərhələdə daha geniş perspektivlər açılır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülür. 2026-cı ildən icrası nəzərdə tutulan layihəyə uyğun olaraq sahibkarlar 10 il müddətində tətbiq olunacaq güzəştlərdən yararlana biləcəklər. Həmçinin muxtar respublika ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanacaq. Bu təşəbbüs bölgədə heyvandarlıq məhsullarının keyfiyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə əlverişli şərait yaradacaq. Müşavirədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Vüqar Abbasov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək tətbiq olunacaq gömrük və ticarət güzəştlərini muxtar respublikada sahibkarlığın inkişafına göstərilən mühüm dəstək kimi dəyərləndiriblər. Sahibkarlar çıxış edərək muxtar respublikada azad sahibkarlıq mühitinin formalaşmasına, bu istiqamətdə şəffaflığın təmin olunmasına və göstərilən dəstəyə görə, minnətdarlıqlarını bildiriblər. Müşavirədə sahibkarların təklifləri dinlənilib, logistikanın subsidiyalaşdırılması, dövriyyə vəsaitlərinin maliyyələşdirilməsinə maliyyə institutlarının cəlbi, dövlət satınalmlarında yerli sahibkarlara dəstək göstərilməsi istiqamətində görüləcək işlər və mövcud problemlər müzakirə edilib. 


Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi qarşısında müəyyən edilmiş hədəflərin icrası məqsədilə 2025-ci ilin 8 ayı ərzində özəl sektorun inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ilin əvvəlindən nazirlik tərəfindən "ASAN xidmət" vasitəsilə sahibkarlara 30 lisenziya verilib. Həmin lisenziyaların hesabına dövlət büdcəsinə 29 min 705 manat vəsait ödənilib. Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 5846 icazə reyestrdə qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. İcazələrdən daxilolmaların məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 min 463 manat və ya 57,4 faiz artaraq 135 min 573 manat olub. Naxçıvanda mənşə sertifikatlarının sayı da artıb. Cari ilin yanvar-avqust aylarında sahibkarlara 317 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54 ədəd və ya 20,5 faiz çox olub. Mənşə sertifikatlarının 64 faizi tikinti, 15,8 faizi mineral sular, 1,6 faizi meyvə-tərəvəz və tütün məmulatları, 18,6 faizi digər məhsulların ixracı üçün təqdim olunub. 2025-ci ilin 8 ayı ərzində, “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” PHŞ tərəfindən 6488 ədəd ölçmə vasitəsi yoxlanılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 77,7 faiz çoxdur. Naxçıvan şirkətlərinin beynəlxalq tədbirlərdə iştirakı təmin olunub. Naxçıvanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin işgüzar əlaqələrinin genişləndirilməsi və tərəfdaşlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir. 2025-ci ilin 8 ayı ərzində 7-si biznes-forum, 3-ü sərgi olmaqla  keçirilmiş  10 beynəlxalq tədbirdə muxtar respublikada fəaliyyət göstərən 23 sahibkarlıq subyektinin 45 nümayəndəsi iştirak edib. Sərgilərdə muxtar respublikada istehsal olunan müxtəlif çeşidlərdə vafli və lokum məhsulları, qazlı və qazsız mineral sular, enerji içkiləri, müxtəlif çeşiddə siqaretlər, aromatlaşdırılmış içkilər, spirtli içkilər, eləcə də Naxçıvan qovurması, göycə, bal, uşaq bezləri kimi məhsullar nümayiş olunub. Sərgilərdə Naxçıvan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıblar.


Millət vəkili Vüqar Bayramov "Şərq"ə deyib ki, Naxçıvan Mustar Respublikasında son illərdə islahatların dərinləşməsi müşahidə olunur. Deputatın sözlərinə görə, islahatların dərinləşməsi həm də Naxçıvanda biznesin, sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradır: 

"Eyni zamanda təbii ki, Naxçıvana mərkəzi büdcədən ödənilən vəsaitin həcminin azalmasında da özünü göstərir. Çünki yerli mənbələrdən daha çox vəsait əldə olunur. Bu da Naxçıvanda sahibkarlığın və biznesin inkişafı üçün yaradılan mühitlə bağlıdır. Praktiki olaraq sahibkarlığın inkişafı ilə bağlı əlverişli mühitin formalaşması Naxçıvan dövlət büdcəsinin daha çox yerli mənbələrdən vəsaitin daxil olmasına imkan yaradır. Eyni zamanda digər vacib məqamlardan biri şəffaflıqdır. Şəffaflığın artması nəticə etibarı ilə büdcəyə daxilolmalara müsbət təsir göstərir. Vergi idarəetməsi təkmilləşir ki, bu da büdcəyə daxilolmalara təsir göstərən əsas amillərdən sayılır. Bütövlükdə Naxçıvanda son illərdə aparılan struktur islahatları nəticəsində sahibkarlığın inkişafı üçün daha əlverişli mühitin formalaşmasını müşahidə edirik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Sentyabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see195

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see187

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see183

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see165

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see148

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see138

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see138

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see136

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see133

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see132

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see131

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see128

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see127

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see127

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see124

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see124

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see123

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see123

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri