Icma.az
close
up
RU
“Bizneslə məşğul olmağa vaxtım yoxdur” Elçin İsmayılovun ə MÜSAHİBƏSİ

“Bizneslə məşğul olmağa vaxtım yoxdur” Elçin İsmayılovun ə MÜSAHİBƏSİ

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Elçin İsmayılov 2000, 2001 və 2005-ci illərdə cüdo üzrə Azərbaycan millisinin heyətində Avropa Çempionu olub. Veteran cüdoçu 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib. Hazırda Elçin İsmayılov Azərbaycan millisinin cüdo üzrə məşqçisidir.

İdman.Biz oxucularına ən titullu Azərbaycan cüdoçularından biri olan Elçin İsmayılovla müsahibəni təqdim edir.

- Sadə bir sualdan başlayaq. Tatamiyə çıxmaq asandır, yoxsa kimisə məşqçi kimi tatamiyə çıxarmaq?

- Hər ikisinin öz çətinlikləri var. Amma şəxsən mənim üçün məşqçilik etmək, özüm çıxış etməkdən daha çətindir. Çünki məşqçi idmançını ruhlandırmalı, onu motivasiya etməli və bəzən “bacarmıram” dediyi anda belə güləşməyə məcbur etdirməlidir. Mən idmançı olanda düşünürdüm ki, məşqçi mənim qələbəmi məndən artıq istəyə bilməz. İndi isə görürəm ki, yanılmışam.

- Şagirdiniz çıxış edərkən bəzən elə an olurmu ki, emosiyaya qapılıb özünüz tatamiyə çıxıb, “bu fəndi belə etmək lazım idi” demək istəyirsiniz?

- Əlbəttə, olur, amma tez keçir (gülür). Axı anlayırsan ki, sən artıq məşqçisən, məşqçi isə tatamiyə çıxmaq yox, məşq etdirmək və məsləhət vermək üçün oradadır.

- Sizə kim məsləhət gördü ki, cüdo ilə məşğul olasınız? Bildiyimə görə, siz futbolu da kifayət qədər yaxşı oynayırsınız. Hətta indi də…

- Bəli, mən futbol oynayıram. Amma güləşçi də ola bilərdim, cüdoçu oldum. Halbuki əvvəlcə futbolla məşğul olurdum. Dayım qərara aldı ki, fərdi idmanda daha çox nailiyyət əldə edə bilərəm, nəinki komandada, belə ki, kollektiv idmanda nəticə tək bir nəfərdən asılı deyil. Bir dəfə yazda məni güləş bölməsinə apardı. Orada dedilər ki, qəbul yalnız sentyabrda olacaq. Cüdoda isə belə məhdudiyyət yox idi - beləliklə, cüdoçu oldum.

- Yəni güləş ən azı bir Avropa çempionunu itirdi, eləmi?

- Elə də demək olar (gülür).

- Titullardan söz düşmüşkən, siz üçqat Avropa çempionu, ikiqat gümüş mükafatçısınız, amma heç vaxt dünya çempionatının mükafatçısı olmamısınız. Üstəlik, iki uğursuz Olimpiya cəhdi də olub... Bu paradoksu nə ilə izah edirsiniz?

-Bu sualı özümə də tez-tez verirəm. Çünki elə olurdu ki, Avropa çempionatında məğlub etdiyim cüdoçuya üç ay sonra dünya çempionatında uduzurdum. Məsələn, 2001-ci ildə Nestor Xerqianini Avropada asanlıqla məğlub etmişdim, amma cəmi üç ay sonra dünya çempionatında ona uduzdum. Sadəcə, yayda məndə hər dəfə izaholunmaz bir eniş baş verirdi, halbuki dünya çempionatları o vaxt iki ildən bir keçirilirdi (2013-cü ilə qədər – red.) və payız aylarında baş tuturdu. Nəticədə formamın zirvəsinə çıxa bilmirdim.

- Sizin fikrinizcə, tarixdəki üç ən güclü cüdoçunu kim hesab etmək olar?

- Nomura, Nomura və bir daha Nomura! Şəxsən mənim üçün bu üçqat Olimpiya çempionuna bərabər cüdoçu olmayıb.

- Elə cüdoçular varmı ki, onlara qalib gəlməyi arzulamısınız, amma alınmayıb?

- (Düşünür) Yenə də Tadaxiro Nomura. Düzdür, biz cəmi bir dəfə qarşılaşmışıq və mən uduzmuşam. Amma onunla döyüşmək və qalib gəlmək həmişə arzum olub...

- Hər cüdoçunun öz “vizit kartı” sayılan bir fəndi olur. Məsələn, əfsanəvi Şohei Ono “o soto qari” və “uçi mata” (daxildən qaldırma) fəndlərini gündə min dəfə təkrarlayırdı. Bəs sizin sevimli fəndiniz hansıdır?

- Mən hər gün “taetoşi” (öndən badalaq vurmaq) və “şiotoşi” (ayaqdan badalaq) fəndlərini məşq edirdim. Sayını deməyəcəm, amma gün ərzində bir neçə yüz dəfə təkrarlayırdım.

- Bir çox tanınmış idmançının, o cümlədən ölkəmizdə də, öz biznesi var. Məsələn, cüdoçu Elnur Məmmədov vaxtilə supermarket sahibi idi, taekvondoçu Fəqan Umudov isə hələ də mobil telefon satışı ilə məşğuldur. Bəs sizin biznesiniz varmı? Qazandığınız mükafatları nəyə sərf etmisiniz, əgər sirr deyilsə?

- Haradan biznesim olsun ki? Axı nə Olimpiya Oyunlarında, nə də dünya çempionatlarında qələbə qazanmışam. Halbuki həmin yarışlarda qaliblərimiz hər zaman yaxşı mükafat alıblar. Mən yalnız Avropa çempionatlarını qazanmışam və maksimum 5 min manat mükafat almışam. Yəni idmançı kimi çox qazana bilməmişəm, məşqçi kimi isə həmişə yalnız yığma komandaya diqqət ayırmışam. Bizneslə məşğul olmağa vaxtım yoxdur. Bəs komandaya kim məşq keçəcək?

- Yığma komandanın məşqçisi kimi qazandıqlarınızdan razısınızmı?

- Açığı, bu suala özüm cavab verməyim çətindir. Nə desəm, subyektiv səslənəcək. Amma əgər artıq dörd ildir ki, Azərbaycan yığmasının məşqçilərindən biriyəmsə, deməli, ən azı idmançılar və Federasiya mənim işimdən razıdırlar.

Vüqar Vüqarlı

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri