Blinken: ABŞ Suriyada İŞİDin dirçəlməsinə yol verməməkdə maraqlıdır
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ və onun tərəfdaşları Suriyada "İslam Dövləti"nin (İŞİD) gücünün bərpa olunmasına yol verməmək üçün işləyirlər.
Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
"Bizim Suriyada təhlükəsizliyə, xüsusilə də İŞİD-in gücünü bərpa etməməsi və geri qayıtmamasına dair marağımız var", - o qeyd edib.
Qeyd dək ki, ötən həftə Suriyada hökumət əleyhinə qüvvələr İdlib və Hələb əyalətlərində hücuma keçiblər. Onlar bir sıra yaşayış məntəqələrini tez bir zamanda nəzarətə götürə biliblər.
Öz növbəsində Suriya KİV-ləri xəbər verib ki, ölkə qoşunları Həma əyalətində və bir sıra digər rayonlarda müdafiə xətlərini möhkəmləndiriblər. Hökumət əleyhinə qruplara hava zərbələri endirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 04 Dekabr 2024 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















