Blinken onu Trampa “tələ” qurmağa inandırdı: Rezonans doğuran bəyanat
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında saxlanılan ukraynalı deputat Aleksandr Dubinski Vladimir Zelenskinin Donald Trampdan münaqişənin həlli ilə bağlı təkliflər gözləməsi ilə bağlı rezonans doğuran bəyanatına münasibət bildirib.
Publika.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Parlamentarinin fikrincə, bu “hərəkət”i hazırkı dövlət katibi Entoni Blinkenin başçılıq etdiyi amerikalı demokratlar respublikaçını tələyə salmaq məqsədi ilə planlaşdıra bilərdilər.
“Trampın ambisiyaları ilə oynayan Blinkenin möhkəm əlinin olduğunu görmək olar. Onlar yenə də onu Ukrayna məsələsində tutmaq istəyirlər”, - deyə deputat yazıb.
Onun fikrincə, Kiyevin bu bəyanatı Trampa cavab variantı qoymamalıdır.
“Əgər Tramp öz planını təklif etsə, onu Ukraynaya təzyiq göstərməkdə ittiham etməyə çalışacaqlar, əks halda, Zelenski onu yalan danışmaqda ittiham edə bilər. Biz isə əslində ABŞ Demokratik Partiyasına lazım olan qanlı marafonu davam etdirəcəyik ", - deyə Dubinski vurğulayıb.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 Noyabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















