Bloger tanınmış psixoloqu məhkəməyə verdi FOTO
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bloger Aygül Quliyeva psixoloq Samirə Bağırovanı məhkəməyə verib.
Metbuat.az-ın məlumatına görə, bu barədə Aygül Quliyeva öz "Instagram" hesabında bildirib.
Buna səbəb blogerin yazıçı Elxan Elatlının "Şantaj" adlı kitabındakı bir abzası tənqid etməsi olub. Psixoloq Samirə Bağırova isə bu tənqidə sərt və təhqiramiz ifadələrlə cavab verib.
O, Elxan Elatlının “Qızıl Qələm” mükafatı sahibi olduğunu qeyd edərək Aygül Quliyeva haqqında aşağılayıcı ifadələr işlədib:
“Bilinmir hansı kökdən gəlir. Bir az da araşdırsan, ulu nənəsi erməni çıxacaq. 62 yaşında, ömrünü yazıçılığa həsr etmiş bir insanı tənqid edir. Heç bir kitabını oxumayıb. Tərbiyə görməmiş biri gəlib azad-azad danışır. Tüpürəsən belə tərbiyəyə. İzləyicilərinə də ar olsun, onun tayıdırlar. Sən kimsən ki, belə fikirlər səsləndirirsən?”
Bloger Aygül Quliyeva təhqirlərə görə onu məhkəməyə verdiyini qeyd edib. O həm də bildirib ki, dövlət qurumlarına müraciət edəcək və Samirə Bağırovanın psixologiya üzrə təhsilinin və lisenziyasının olub-olmamasının araşdırılmasını tələb edəcək.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 02 İyul 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















