ABŞ indidən Venesuela neftinin satışına başlayıb Bütün gəlirləri ABŞ nin banklarına yönəldəcək
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ hökuməti Venesuelanın xam neftinin qlobal bazarda satışına başlayıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin rəsmi açıqlamasında bildirilir.
Qeyd edilir ki, bu fəaliyyət ABŞ-nin, Venesuelanın və müttəfiqlərin maraqları naminə həyata keçirilir.
Ticarət əməliyyatlarının aparılması və maliyyə dəstəyinin təmin olunması üçün Vaşinqton aparıcı dünya əmtəə treyderlərini və əsas bankları cəlb edib.
Venesueladan çıxarılan xam neft və neft məhsullarının satışından əldə olunan bütün gəlirlər ilkin mərhələdə ABŞ-nin nəzarətində olan tanınmış dünya banklarının hesablarına yönləndiriləcək. Nazirlik vurğulayıb ki, bu qərar vəsaitlərin son bölgüsünün legitimliyini və dürüstlüyünü təmin etmək üçün qəbul olunub.
Maliyyə vəsaitləri Amerika və Venesuela xalqlarının maraqları naminə yalnız ABŞ hökumətinin qərarı ilə ödəniləcək. Neft satışları dərhal başlayır, ilkin mərhələdə 30–50 milyon barelin reallaşdırılması nəzərdə tutulur. Satışların müəyyən olunmamış müddətdə davam edəcəyi vurğulanır.
Bundan əlavə, ABŞ Venesuela nefti və neft məhsullarının dünya bazarlarına daşınması və satışı üçün sanksiyaları seçici şəkildə aradan qaldırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Yanvar 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















