Icma.az
close
up
RU
“Bloomberg”: Avropanı yeni qaz böhranı gözləyir AZƏRTAC

“Bloomberg”: Avropanı yeni qaz böhranı gözləyir AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 noyabr, AZƏRTAC

Anbarlarda ehtiyatların sürətlə tükənməsi və Rusiyadan tədarükün azalması fonunda Avropanı yeni qaz böhranı təhlükəsi gözləyir.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Avropada qazın qiyməti geosiyasi gərginliklərlə əlaqədar bu il 45 faiz bahalaşıb. Eyni zamanda, havaların soyumağa başlaması qaza tələbatı kəskin artırıb. Zəif hava cərəyanları isə külək elektrik stansiyalarının istehsal həcminin azalmasına səbəb olub.

Qiymət artımı tempi 2022-ci ildə müşahidə edilən göstəricidən xeyli aşağı olsa da, inflyasiyanı gücləndirmək və böhranı dərinləşdirmək təhlükəsi yaradır.

Ekspertlərin sözlərinə görə, bəzi Avropa ölkələrinin hələ də Rusiyadan tədarük etdikləri qazın nəqlinin dayandırılması riski yaxın gələcəkdə qiymətin daha da artmasına səbəb olacaq. Bu, ödənişlər üçün istifadə edilən “Qazprombank”a qarşı ABŞ-ın yeni sanksiyaları səbəbindən baş verə bilər. Eyni zamanda, Rusiya qazının boru kəməri vasitəsilə Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilə ilin sonunda başa çatır. Digər risk faktorlarına ABŞ-dan maye qaz tədarükünün gecikməsi, həmçinin qış aylarında havaların kəskin soyuması daxildir.

Böhrandan ən çox zərər çəkən ölkə hazırda iqtisadiyyatında durğunluğun müşahidə edildiyi Almaniya ola bilər. Hazırda bu ölkənin avtomobil, maşınqayırma və kimya sənayesi ciddi problemlər yaşayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri