Icma.az
close
up
RU
Bloomberg: “Avropanı yenə qaz qıtlığı təhlükəsi

Bloomberg: “Avropanı yenə qaz qıtlığı təhlükəsi

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az “Bloombeg” nəşrinə istinadən xəbər verir ki, Avropada soyuq havaların başlaması ilə əlaqədar istilik üçün qaza tələbat kəskin şəkildə artıb. Külək elektrik stansiyalarının ərazisində zəif küləklərin bu enerji mənbəyindən tam istifadə olunmasına imkan verməməsi vəziyyəti daha da ağırlaşdırır.
“İl ərzində qazın qiyməti 45% artıb. Bu artım templəri 2022-ci ildə müşahidə olunanlardan xeyli aşağıdır, lakin hələ də inflyasiya böhranının pisləşməsi təhlükəsi yaratmaq və onsuz da mübarizə aparan sənayeyə təzyiqi artırmaq üçün kifayətdir. Bu, 2022-ci ilə oxşamağa başlayır. Onda Avropa İttifaqı (Aİ) istənilən qiymətə qaz almağa hazır idi”, - “Global Risk Management” şirkətinin aparıcı analitiki Arne Lomann agentliyə müsahibəsində vurğulayıb.
Agentlik yaxın gələcəkdə qazın qiymətinin daha da artmasına səbəb ola biləcək əsas amillərdən biri kimi bəzi Avropa ölkələrinin hələ də Rusiyadan aldığı boru kəməri qazının nəqlinin dayandırılması riskini göstərir. Bu, ödənişlər üçün istifadə edilən “Qazprombank”a qarşı ABŞ-ın yeni sanksiyaları üzündən baş verə bilər. Boru kəməri qazının tədarükü ABŞ sanksiyalarından əvvəl də risk altında idi, çünki onun Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilə ilin sonunda başa çatır.
Digər risk amilləri sırasına ABŞ-dən mayeləşdirilmiş təbii qazın tədarükünün gecikməsi, həmçinin qış aylarında soyuq havalar daxildir. Bundan əlavə, 2025-ci ilin yayında qazın qiymətinin 2025-2026-cı ilin qışına nisbətən daha yüksək olacağı gözlənilir. Bu isə o deməkdir ki, gələn il qaz anbarlarının doldurulması prosesi əvvəlkindən daha çətin ola bilər.
Analitiklərin fikrincə, bu vəziyyətdən ən çox zərər çəkən ölkə 2022-ci ildəki kimi, hazırda iqtisadiyyatı durğunluq yaşayan Almaniya ola bilər. Bu öxlkədə xüsusilə avtomobil, maşınqayırma, kimya sənayesi ciddi problemlərlə üzləşib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azvision.az
archiveBu xəbər 23 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri