Icma.az
close
up
RU
Bloqer olduğu üçün heç kimə xüsusi imtiyaz verilməməlidir

Bloqer olduğu üçün heç kimə xüsusi imtiyaz verilməməlidir

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Sosial şəbəkələrdə influenserlərin təsir gücü son illərdə o qədər artıb ki, onların davranışları təkcə şəxsi seçim yox, ictimai reaksiyalara səbəb olan hadisəyə çevrilir. Bəzən diqqət çəkmək və izləyici qazanmaq məqsədilə edilən hərəkətlər etik sərhədləri aşır və ictimai narazılıq doğurur. Belə ki, sosial şəbəkələrdə bloqer fəaliyyəti ilə tanınan bir qrup şəxs Bulvarda gülləri əzərək foto və videolar çəkdirib, daha sonra bu görüntüləri öz hesablarında paylaşıblar və bu addım bir növ trendə çevrilib. Bu isə cəmiyyətin müəyyən hissəsində haqlı olaraq suallar və tənqidlər doğurub.
Hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, nəzarət sözündən qaçmaq lazımdır:
“Yəni, indi bloqerlərə nəzarət üçün ayrıca bir qurum yaradılsın, dövlət büdcəsindən bunun üçün vəsait ayrılsın bunlar lüzumsuz məsələlərdir. Dövlət müdaxiləsi maksimum dərəcədə az olmalıdır. Belə qurumların yaradılmasına heç bir əsas, heç bir zərurət yoxdur. Sadəcə olaraq, istər bloqer olsun, istər müğənni, şair, aktrisa və ya aktyor hansı peşənin sahibi olmasından asılı olmayaraq, əgər qanunsuz hərəkət edirsə, o zaman məsuliyyətə cəlb olunmalı, ictimai qınağa məruz qalmalıdır. Azərbaycan qanunvericiliyində bu cür hallarla bağlı hansı inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulursa, sosial statusundan, mövqeyindən, əqidəsindən asılı olmayaraq hər kəsə eyni qaydada tətbiq olunmalıdır. Bloqer olduğu üçün heç kimə xüsusi imtiyaz verilməməlidir və əslində Azərbaycanda da bu prinsip mövcuddur. Amma “nəzarət etmək” kimi yanaşmalar, ümumiyyətlə bu nəzarət düşüncəsi, xüsusilə də həddindən artıq müdaxilə forması, cəmiyyətdə qəbul olunmamalıdır. Bu tip yanaşmalardan uzaq durmaq lazımdır”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Aprel 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri