Icma.az
close
up
RU
Bluetooth qulaqlıqlar və tiroid riski: Elmi dünyanı təəccübləndirən əlaqə

Bluetooth qulaqlıqlar və tiroid riski: Elmi dünyanı təəccübləndirən əlaqə

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Həyatımızı asanlaşdıran Bluetooth qulaqlıqlar müasir dövrün vazkeçilməz texnologiyalarından biri olsa da, son elmi məlumatlar bu rahatlığın müəyyən risklər daşıya biləcəyinə işarə edir. Boyun bölgəmizə olduqca yaxın istifadə edilən bu cihazların, orqanizmin əsas tənzimləyicilərindən biri olan tiroid vəzinə birbaşa təsir göstərə biləcəyi ehtimal olunur.

Ölkə.az xəbər verir ki, "Nature” jurnalında dərc edilən yeni araşdırma, gündə saatlarla istifadə olunan bu texnoloji aksesuarların tiroid toxumasında struktur dəyişikliklərə səbəb ola biləcəyini ortaya qoyub.

Boynun ön hissəsində yerləşən və kəpənəyə bənzər forması ilə tanınan tiroid vəzi böyümədən metabolizmə qədər bir çox həyati funksiyanı tənzimləyən hormonlar ifraz edir. Araşdırmalara əsasən, uzunmüddətli Bluetooth qulaqlıq istifadəsi ilə bu vəzdə yaranan kiçik şişkinliklər, yəni nodullar arasında əlaqə müşahidə olunub. 600 iştirakçı üzərində aparılan tədqiqatlar göstərir ki, kabelsiz siqnallara daha çox məruz qalan şəxslərdə nodul yaranma tezliyi artır. Əksər hallarda xoşxassəli olan bu nodullar, yenə də orqanizmdə xroniki stress və ya hormonal balanssızlığın göstəricisi hesab edilir.

Bu vəziyyət yalnız fiziki dəyişikliklərlə məhdudlaşmır. Tiroid balansının pozulması ürəkdöyünmə, səbəbsiz narahatlıq hissi və yuxu problemləri kimi müxtəlif təsirlərə səbəb ola bilər. Tədqiqatçılar görüntüləmə texnologiyalarının inkişafı ilə tiroit problemlərinin daha çox aşkarlandığını, lakin bunun modern həyat tərzi ilə də əlaqəli ola biləcəyini bildirirlər.

Bluetooth cihazların yaydığı aşağı enerjili radiasiyanın təsirləri ilə bağlı aparılan araşdırmalar tək bu nəticə ilə məhdudlaşmır. Keçmiş illərdəki məlumatlar, smartfonlardan yayılan siqnalların tiroid stimullaşdırıcı hormon (TSH) səviyyələrində dəyişiklik yarada biləcəyini göstərib. Uzun telefon danışıqları və ya baş nahiyəsinə yaxın saxlanılan kabelsiz cihazlar tiroit mexanizmini normal fəaliyyətindən çıxara bilər. Mütəxəssislər bu nəticələrin birbaşa səbəb-nəticə əlaqəsindən çox güclü korrelyasiya olduğunu qeyd etsələr də, riskin nəzərə alınmasının vacibliyini vurğulayırlar.

Elmi dairələr kabelsiz texnologiyaların tamamilə həyatımızdan çıxarılmasını tövsiyə etmir, lakin onların daha şüurlu istifadəsinə diqqət çəkir. Baş və boyun nahiyəsinə uzun müddət yaxın olan cihazlarla məsafə saxlamaq sadə, lakin effektiv qorunma üsulu hesab edilir. Uzun müddətli istifadə tələb edən işlərdə və ya musiqi dinləmə zamanı vaxtaşırı kabelsiz qulaqlıqlardan istifadəni azaltmaq, əvəzində kabelli alternativlərə üstünlük vermək tiroit sağlamlığının qorunması baxımından daha məqsədəuyğun ola bilər.(qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 May 2026 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri