Icma.az
close
up
RU
BMMT yə üzv ölkələrin müvafiq qurumları arasında əlaqələrin perspektivləri müzakirə edilib

BMMT yə üzv ölkələrin müvafiq qurumları arasında əlaqələrin perspektivləri müzakirə edilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Misir Ərəb Respublikası Mülki Müdafiə Baş İdarəsinin baş direktoru Nazim Faruq Əbdülhəmid Məhəmməd Əbdülkərim, Tacikistan Respublikası Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin sədri Rəcəbəli Rəhmonəli, Qətər Dövləti Müki Müdafiə Departamentinin baş direktoru Həməd Otman Aldeha və Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları Bakıda salamlamaqdan məmnunluq ifadə edən K. Heydərov ölkəmizin təbii və texnogen fövqəladə hallarla mübarizə istiqamətində xarici tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsində hər zaman maraqlı olduğunu xatırladıb. Bu mənada Azərbaycan Fövqəladə Hallar Nazirliyinin digər ölkələrin uyğun qurumları ilə istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar, xüsusilə BMMT çərçivəsində əlaqələrin inkişafının qarşılıqlı faydası vurğurlanıb.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mülki müdafiə və əhalinin fövqəladə hadisələrdən qorunması sahəsində görülən uğurlu işlərdən danışıb, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib.

Qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.

Görüşlərdə BMMT çərçivəsində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri geniş müzakirə edilib, ölkələrimizin uyğun qurumları arasında əməkdaşlıq münasibətlərinin inkişafı baxımından Bakıda keçirilən sessiyanın əhəmiyyəti vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri