Icma.az
close
up
RU
BMqT: Silahlı münaqişə və təbii fəlakət zonalarında məcburi köçkünlərin sayı rekord həddə çatıb

BMqT: Silahlı münaqişə və təbii fəlakət zonalarında məcburi köçkünlərin sayı rekord həddə çatıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 may, AZƏRTAC

Silahlı münaqişə və təbii fəlakət zonalarında məcburi köçkünlərin sayı rekord həddə - 83,4 milyon nəfərə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yeni hesabatında bildirilir.

Təşkilatın Baş direktoru Emi Poup jurnalistlərə müsahibəsində qeyd edib: “Bu rəqəmlər dünya ictimaiyyətinə açıq xəbərdarlıqdır: cəsarətli və əlaqələndirilmiş fəaliyyətlər olmasa, öz ölkələrində köçkün həyatı yaşayan insanların sayı sürətlə artmaqda davam edəcək”.

Hesabatda qeyd olunur ki, son vaxtlar bütün dünyada - xüsusilə Sudan, Konqo Respublikası, Livan, Ukrayna və Fələstində münaqişələrin artması milyonlarla insanı köçkün vəziyyətinə salıb. Eyni zamanda, Əfqanıstan, Kolumbiya, Suriya və Yəmən kimi ölkələrdə artıq uzun sürən köçkünlük şəraitində yaşayan on milyonlarla insan da bu kateqoriyaya daxildir.

BMqT bildirir ki, təbii fəlakətlər səbəbindən köçkünlərin sayı kütləvi şəkildə artaraq 2023-cü ildəki 26,8 milyondan 2024-cü ildə 45,8 milyona yüksəlib. Təşkilatın nəzdindəki daxili yerdəyişmə monitorinqi mərkəzinin (IDMC) yeni hesabatında bildirib ki, 2024-cü ildə təbii fəlakətlər nəticəsində yerdəyişmələrin sayı ötən on ilin orta illik göstəricidən təxminən iki dəfə çox olub.

Hesabatda vurğulanır: “Demək olar ki, 30 ölkə və ərazi misli görünməmiş təbii fəlakətlər nəticəsində insanların yerdəyişməsi barədə məlumat verib, siklonlar evlərini tərk etmək məcburiyyətində qalan hər iki nəfərdən birinə təsir edib. Təkcə Birləşmiş Ştatlarda təbii fəlakətlər nəticəsində evlərindən didərgin düşənlərin sayı qlobal köçkünlərin təxminən 20 faizini təşkil edir. İqlim dəyişikliyi səbəbindən davamlı olaraq pisləşən hava təhlükələrinin tezliyi, intensivliyi və müddətini nəzərə alaraq bu tendensiyanın davam edəcəyini proqnozlaşdırmaq heç də çətin deyil”.

Emi Poup bildirib: “Bu hesabat profilaktik tədbirlərə çağırışdır, köçkünlük baş verməmişdən əvvəl məlumatlardan və digər vasitələrdən istifadə etmək, humanitar və inkişaf sektorlarının yerdəyişmənin qarşısını almaq üçün uzunmüddətli həllər hazırlamaq üzrə hökumətlərlə birgə iş aparılmalıdır”.

Münaqişə və zorakılıq nəticəsində yaranan köçkünlüyün səviyyəsi də yüksək olaraq qalır. 2024-cü ildə əvvəlki 12 ay ilə müqayisədə bu səbəbdən evlərini tərk edən məcburi köçkünlərin sayı bir qədər azalsa da, silahlı münaqişələr və müharibələr hələ də əsas amillərdən biridir. Hazırda müharibə və silahlı münaqişə zonalarında 20 milyondan çox məcburi köçkün qeydə alınıb və onların demək olar ki, yarısı Sudan və Konqo Demokratik Respublikasından qaynaqlanır.

BMqT-nin daxili köçkünlərin monitorinqi Mərkəzinin direktoru Aleksandra Bilak bildirib: “Son rəqəmlər sübut edir ki, daxili yerdəyişmə təkcə humanitar böhran deyil. Bu, hazırda olduğundan qat-qat artıq diqqət tələb edən aydın inkişaf problemi və siyasi çağırışdır. Fəaliyyətsiz olmaq vəziyyəti daha da gərginləşdirir və insanlar bunun ağır nəticələri ilə üzləşirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri