BMT ABŞ a etiraz etdi: terrorizm termini həddindən artıq istifadə edilir
Icma.az bildirir, Ayna portalına istinadən.
BMT ABŞ-ın Fələstin Hərəkatını “terrorçu qrup” kimi tanımaq qərarını pisləyib
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Ofisi ABŞ hökumətinin Fələstin tərəfdarı olan Fələstin Hərəkatını “terrorçu qrup” kimi tanımaq qərarını pisləyib. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, bu barədə Ali Komissar Volker Türkün ofisinin açıqlamasında qeyd edilib.
Açıqlamada deyilir: "Qərar ifadə, toplaşma və birləşmək azadlığı hüquqlarına, eləcə də ictimai həyatda iştirak etmək hüququna qeyri-mütənasib və lazımsız məhdudiyyət təşkil edir".
Türk həmçinin "terrorizm" termininin siyasi məqsədlər üçün həddindən artıq geniş istifadəsinin qəbuledilməzliyini vurğulayıb.
Daha əvvəl ABŞ Maliyyə Nazirliyi Fələstin Hərəkatı şəbəkəsini “terrorçu təşkilat” kimi tanıyıb. Hərəkat Böyük Britaniyada yerləşir. 2025-ci ilin yayında Britaniya hakimiyyəti də təşkilatı “terrorçu təşkilat” kimi tanımışdı. Qadağadan bəri ölkə daxilində hərəkatı dəstəkləyən etirazlarda 3000-dən çox insan saxlanılıb, 700-dən çox insan ittiham olunub. Fələstin Hərəkatı məhkəmədə qadağanı mübahisələndirməyə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 Avqust 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















