BMT: Azərbaycan azad olunmuş ərazilərdə minatəmizləmə və yenidənqurma işlərində irəliləyiş əldə edib
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə, bərpa və yenidənqurma və sosial-iqtisadi inkişafa diqqət yetirməklə təqdirəlayiq irəliləyiş əldə edib.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi deyib.
Mabuçi bildirib ki, BMT Azərbaycan hökumətinin münaqişədən sonrakı bərpa səylərinə dəstək olmaqda davam edir.
"Bu istiqamətdə tərəfdaşlığı davam etdirəcəyik və Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə çatmaq prosesini sürətləndirmək üçün götürdüyümüz öhdəliklərə sadiq qalırıq", - o vurğulayıb.
Rəsmi qeyd edib ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi məcburi köçkünlərin təhlükəsiz qayıdışı, reinteqrasiyası və reabilitasiyası üçün ilkin şərt olan minatəmizləmə prosesinin aktuallığını qəbul edir.
"BMT-nin dəstəyinə aşağıdakılar daxildir: minatəmizləmə, geri qayıtmış məcburi köçkünlər üçün yaşayış vasitələri təmin etmək, sosial xidmətlər, hüquqi yardım, ətraf mühitin bərpası və enerji səmərəliliyi", - K.Mabuçi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 Dekabr 2024 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















