Icma.az
close
up
RU
BMT Baş katibinin müavini: Buzlaqları qorumaq üçün təcili hərəkətə keçməliyik

BMT Baş katibinin müavini: Buzlaqları qorumaq üçün təcili hərəkətə keçməliyik

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 iyun, AZƏRTAC

BMT Baş katibinin müavini Əminə Məhəmməd Tacikistanın paytaxtı Düşənbədə “Buzlaqların qorunması” mövzusunda beynəlxalq konfransdakı çıxışında su ilə əlaqəli ekosistemləri qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, onun sözlərinə görə, 1975-ci ildən bəri buzlaqlar 9000 milyard tondan çox buz itirib ki, bu da bütün Almaniyanı əhatə edən 25 metr qalınlığında bloka bərabərdir. “Bu proses mövcud templərlə davam etsə, buzlaqların əksəriyyəti tamamilə əriyəcək. Onların məhv olması landşaftları, ekosistemləri, dolanışıq vasitələrini və qlobal miqyasda su təhlükəsizliyini yenidən formalaşdırır. Bu, sadəcə olaraq buz dağı böhranı deyil, həm də planet və insanlar üçün ağır fəsadlara malik, tədrici qlobal fəlakətdir”, -deyə Ə.Məhəmməd vurğulayıb.

Baş katibin müavini Tacikistanın şimal-mərkəz hissəsində yerləşən Vanc Yax buzlağını ziyarət etdikdən bir gün sonra bu mühüm sıx buz kütləsinin “nəfəs kəsən gözəlliyinin” şahidi olduğunu bildirib. O qeyd edib ki, buzlaq Orta Asiyada bir çox icmalar üçün həyati əhəmiyyətli su mənbəyidir. Onlar çayları qidalandırır, milyonlarla insanın həyatını və dolanışıq vasitələrini təmin edir.

BMT bildirir ki, son 80 ildə buzlaqlar 6,4 milyon olimpiya standartlı hovuza bərabər su itirib. Onlar buz təbəqələri ilə birlikdə dünyanın şirin su ehtiyatının təxminən 70 faizini saxlayır və bu səbəbdən insanların yaşaması və iqtisadiyyatlar üçün həyati əhəmiyyətə malikdir. Lakin son altı ilin beşində buzlaqların rekord səviyyədə sürətlə geri çəkilməsi baş verir.

Konfransın təşkilatçısı olan Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) baş katibi Seleste Saulo bu prosesi belə şərh edib: “Bizim buzlaqlarımız “ölür”. Buzlağın məhvi buzun itirilməsindən daha çox şey deməkdir. Bu, ekosistemimizə, iqtisadiyyatımıza və sosial quruluşumuza ölümcül zərbədir”.

Əriyən buzlaqlar aqrar sektor və meşə təsərrüfatı kimi müxtəlif sahələrə təsir etməklə yanaşı, sel və daşqınların başvermə ehtimalını və şiddətini də artırır.

Ə.Məhəmməd bildirib ki, buzlaqların geri çəkilmə sürəti fonunda beynəlxalq ictimaiyyət təcili tədbirlər görməlidir. “Hərəkətə keçmək vaxtıdır, insanları və planetimizi xilas etməliyik”, -deyə o vurğulayıb.

Düşənbədə keçirilən konfrans bu ilin noyabrında Braziliyada keçiriləcək BMT-nin COP30 iqlim dəyişikliyi konfransı ərəfəsində buzlaqların qorunmasını qlobal iqlim gündəminin zirvəsinə qaldırmağa xidmət edib.

ÜMT-nin baş katibi vurğulayıb ki, buzlaqların monitorinqinin gücləndirilməsi üçün xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi “elm və xidmətlər arasında körpü” yaratmağa kömək edəcək. O, həmçinin bildirib ki, bütün bunlar buzlaqların əriməsi prosesini yavaşlatmaq üçün konkret fəaliyyətə çevrilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri