Icma.az
close
up
RU
BMT Beynəlxalq Gənclər Günü münasibətilə müraciət yayıb

BMT Beynəlxalq Gənclər Günü münasibətilə müraciət yayıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 avqust, AZƏRTAC

BMT hər il avqustun 12-də qeyd edilən Beynəlxalq Gənclər Günü münasibətilə müraciət yayıb.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, “Gənclər dayanıqlı inkişafın aparıcı qüvvəsidir” sərlövhəli müraciətin mətnində dünya əhalisinin yarıdan çoxunun 30 yaşdan kiçik insanlar olduğu və gənclərin iqlim fəaliyyətindən bərabərliyə qədər olan məsələlərdə əsas səylərə rəhbərlik etdiyi vurğulanır. BMT bu kontekstdə gənclərin öz icmalarını və daha geniş dünyanı dəyişdirmək gücünü vurğulayır.

Müraciətdə qeyd olunur: “Hər il avqustun 12-də qeyd olunan bu əlamətdar gün hər yerdə gənclərin hüquqlarına, töhfələrinə və problemlərinə diqqət çəkir. Builki “Dayanıqlı İnkişaf Məqsədləri (SDG) və ondan kənarda yerli gənclərin fəaliyyəti” mövzusu həmin məqsədlərə nail olmaq və daha ədalətli, inklüziv cəmiyyətlərin formalaşdırılması üçün gənclərin cəlb edilməsinin necə vacib olduğunu vurğulayır”.

Təşkilatın Baş katibi Antonio Quterreş bu əlamətdar gün münasibətilə müraciətində qeyd edir: “Gənclər cəsarətli yenilikçilər, davamlı təşkilatçılar və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vacib tərəfdaşlardır. Onlar davamlı inkişafa təkan verir, daha inklüziv icmalar qurur, sülhü möhkəmləndirir və ədalətli, yaşıl və təhlükəsiz gələcək tələb edirlər. Hər bir gəncin səsi, ideyaları və liderliyi bizim üçün vacibdir. Gəlin gənclərin rəhbərlik etdiyi həlləri dəstəkləmək və daha ədalətli, dinc və davamlı dünya qurmaq üçün birlikdə çalışaq”.

BMT-nin məlumatlarına görə, dünya əhalisinin yarısını 30 və ya daha gənc yaşda olanlar təşkil edir. 2030-cu ilə qədər bu rəqəmin 57 faizə yüksələcəyi gözlənilir. Bu gün 25 yaşdan aşağı olanlar 2050-ci ilə qədər qlobal əsas yaşlı işçi qüvvəsinin 90 faizindən çoxunu təşkil edəcəklər. Bundan əlavə, 26 ölkədə insanların ictimai həyatda üzləşdiyi çətinliklərlə bağlı 27 mindən çox respondent arasında keçirilən beynəlxalq sorğu göstərib ki, gənclərin 67 faizi daha yaxşı gələcəyə inanır, 15-17 yaşlı gənclər isə daha çox nikbinlik ifadə edirlər.

Təşkilat qeyd edir ki, bununla belə, gənclər sistemli problemlərlə üzləşməkdə davam edirlər. Onların arasında işsizliyin səviyyəsi son 15 ildə ən aşağı səviyyədə olsa da, qlobal miqyasda hələ də 13 faizə çatır. Bununla yanaşı, 10-19 yaşlı gənclər arasında hər yeddi nəfərdən biri psixi sağlamlıq pozuntusu yaşayır. Aşağı və orta gəlirli ölkələrdə 10 yaşlı uşaqdan təxminən altısı sadə bir abzası oxuyub başa düşə bilmir.

2025-ci il Beynəlxalq Gənclər Günü təkcə bu məsələlərin aktuallığını deyil, həm də gənclərin özləri tərəfindən – icmalarında, şəhərlərində və ölkələrində həll yollarını vurğulamaq məqsədi daşıyır. A.Quterreşin vurğuladığı kimi, “qlobal tərəqqi icmalardan başlayır və dünyanın hər yerində gənclər liderliyi ələ alırlar”.

Beynəlxalq Gənclər Günü ilk dəfə 1995-ci ildə qəbul edilmiş Gənclər üçün Ümumdünya Fəaliyyət Proqramına əsaslanaraq, 1999-cu ildə BMT Baş Assambleyası tərəfindən elan olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri