Icma.az
close
up
RU
BMT daha çox humanitar funksiyanı yerinə yetirir

BMT daha çox humanitar funksiyanı yerinə yetirir

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


BMT-nın 80-cı sessiyası qlobal təhlükəsizliyə təhdid və çağırışları fonunda keçirilir. Hazırda BMT ikinci dünya müharibəsindən sonra, qurulmuş siyasi nizama uyğun fəaliyyət göstərir. Halbuki, dünyada yeni siyasi siyasi nizamın yaradılması istiqamətində çağırışlar və fəaliyyətlər baslayir.
Qeyd edim ki, Azərbaycanın 2020-ci ildə Ermənistanın işğalında olan öz ərazilərini azad etməklə, Cənubi Qafqazda yaratdığı yeni siyasi nizam beynəlxalq proseslərdə yeni siyasi dinamika yaratdi. Halbuki BMT-nin Təhlükəsizlik Şurasının beş qətnaməsi fonunda münaqişə ədalətli həllini tapmalı idi. Amma, BMT öz fəaliyyətində zəiflik nümayiş etdirmiş oldu.
BMT fəaliyyətsizliyi və Təhlükəsizlik Şurasının beş daimi üzvünün geosiyasi rəqabət aparması beynəlxalq tarazlıqda tektonik hərəkətlilik yaratdı. Xüsusilə, Rusiyanın Ukraynaya üzərindən Qərbə qarşı başlatdığı ekzesitenial müharibə yeni dünya siyasi nizamına keçidi özündə ehtiva etdi. Çünki, Rusiya bir qütbülü dünyanı qəbul etmir, iki və çox qütbülü dünyanın qurulmasını tələb edir. Ona görə də beynəlxalq siyasi nizam pozulub və Çində öz hərbi qüdrətini paradla nümayiş etdirdi. Artıq dünyada BMT qanunları deyil, gücün qanunları işləyir.
Demək olar ki, BMT-nin funksiyası isə işləmir, yalnız ildə bir dəfə dünya liderlərinin çıxışı üçün beynəlxalq platforma rolunu oynayır. Halbuki, yeni dünya siyasi nizamında BMT-də struktur islahatlar labüddür.
Xüsusilə, BMT Mənzil Qərargahı ABŞ deyil, Afrikaya köçürülməlidir. Çünki, ABŞ BMT-nin işinə mane olur. Məhz ABŞ ZFələstin lideri M. Abbasın BMT Baş Assambleyasında iştirakı üçün gəlməsinə viza verməyib. Bundan əlavə, BMT bir çox məsələlərinə qadağalar tətbiq edir. Göründüyü kimi, BMT bir dövlətin müəyyən inhisarında olursa, öz təsir funksiyasını itirmiş olur.
Yaxın perspektivdə BMT islahatlar gözlənilmir. Çünki, yeni qaydalar qurulması üçün münaqişələr qaçılmaz görünür. Yaxın 10 il ərzində BMT eyni funksiya ilə fəaliyyətini davam etdirəcək.
BMT Təhlükəsizlik Şurasınin daimi üzvlülərinin sayı artmalı və islahatlar keçirilməlidir. Yeni dünyada siyasi nizam qurulduqdan sonra, BMT islahatlar aparılması istisna deyil. BMT yalnız humanitar məsələlərin həllində öz funksiyasını yerinə yetirə bilər. Digər, siyasi və təhlükəsizlik məsələlərində BMT qərar vermək imkanı əlindən alınıb.
Məhəmməd Əsədullazadə, politoloq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri