Icma.az
close
up
RU
BMT də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

BMT də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən mənzil qərargahında Təşkilatın İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin dəstəyi ilə təşkil olunan yüksək səviyyəli plenar sessiyada iştirak edib.
Müvafiq sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün dövlət xidmətlərinin göstərilməsində innovasiyalar” mövzusuna həsr olunub. Məqsəd 2024-cü ilin 11 noyabr tarixində Azərbaycan Hökuməti və BMT arasında imzalanmış Töhfə Sazişi çərçivəsində həyata keçiriləcək fəaliyyətlərlə bağlı təşkilata üzv dövlətlərin məlumatlandırılması olub. Həmçinin “ASAN xidmət” modelinin təşviqi, eləcə də dövlət xidmətlərində innovativ həllər üzrə ekspert müzakirəsinin və təcrübə mübadiləsinin aparılması əsas hədəflər olub.
Tədbirə müxtəlif qitələri təmsil edən dövlətlərin BMT yanındakı daimi nümayəndəliklərindən səfirlər, aidiyyati dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların rəsmiləri, sahəvi ekspertlər və akademik dairələrin nümayəndələri olmaqla 100-dən çox iştirakçı qatılıb.
BMT Baş katibinin köməkçisi Navid Hanif Azərbaycanın “ASAN xidmət” modelinin 2015-ci ildə BMT Dövlət Xidmətləri Mükafatının qalibi olduğunu, eləcə də 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumətlər Sammitində “Dünyanın ən qabaqcıl dövlət xidməti” mükafatı ilə təltif olunduğunu diqqətə çatdırıb. Həmçinin “ASAN xidmət” təcrübəsinin öyrənilməsinin və paylaşılmasının zəruriliyi vurğulanıb.
Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in BMT-nin üzvü olan dövlətlərdə innovativ dövlət xidmətlərinin qurulmasına dəstək göstərməklə idarəetmə potensialını gücləndirəcəyini, şəffaf, əlçatan və effektiv dövlət idarəçiliyini təşviq edəcəyini qeyd edib.
Xatırladaq ki, ötən ilin noyabr ayında BMT ilə Azərbaycan Respublikası Hökuməti arasında təsis olunmuş Etimad Fondu çərçivəsində BMT ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsinin 4 qitədə ixracını təşviq edəcəkdir.
Sessiyada BMT-nin müvafiq departamentinin bölmə rəhbəri və Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri müvafiq olaraq layihə çərçivəsində görüləcək işlər və “ASAN xidmət” barədə geniş təqdimatlarla çıxış ediblər.
Xarici ölkələrin nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri ölkəmizin dövlət xidmətləri sahəsindəki qabaqcıl təcrübəsinin qlobal səviyyədə faydalı olacağını vurğulayıblar.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Aprel 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri