Icma.az
close
up
RU
BMT də Azərbaycan uğurlarının təqdimatı

BMT də Azərbaycan uğurlarının təqdimatı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Üçüncü Komitənin (“Sosial inkişaf”) iclasında Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində əldə edilən irəliləyişlər barədə məlumat verilib.

Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev çıxış edib. O qeyd edib ki, Azərbaycanda vətəndaşların rifahının, sosial müdafiəsinin və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər mütəmadi olaraq həyata keçirilir.

Diplomat bildirib: “Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı müəyyən edilmiş milli prioritetlərə uyğun kompleks tədbirləri nəzərdə tutur. Azərbaycan 2024-cü ildə təqdim etdiyi dördüncü Könüllü Milli İcmal vasitəsilə 2021–2024-cü illər üzrə milli öhdəlikləri barədə ətraflı məlumat verib və 2030-cu ilədək olan Gündəliyə daxil edilmiş DİM-lərə doğru irəliləyişi nümayiş etdirib” Ş.Hacıyev xatırladıb ki, son 10 ildə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda aylıq minimum əməkhaqqı 3,3 dəfə, minimum pensiya məbləği isə 2,4 dəfə artıb. Diplomat Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində əldə etdiyi irəliləyişlərdən də bəhs edib: “Hökumətin bu proses üzrə prioritetləri mina təmizlənməsi, infrastrukturun inkişafı, iqtisadi və sosial bərpa, eləcə də ətraf mühitin davamlılığını əhatə edir. Mina təmizlənməsi, partlayıcı sursatların riskləri ilə bağlı maarifləndirmə və zərərçəkmişlərə dəstək də daxil olmaqla, mina fəaliyyəti sahəsində təcili ehtiyacı nəzərə alaraq Azərbaycan 18-ci Milli DİM-i qəbul edib. Təəssüf ki, münaqişədən sonrakı dövrdə Azərbaycanda mina qurbanlarının sayı 409 nəfərə çatıb ki, bu da bu sahədə hesabatlılığın artırılmasını və adekvat beynəlxalq yardımın göstərilməsini tələb edir”.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri