Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Azərbaycan BMT də çağırış etdi...

Azərbaycan BMT də çağırış etdi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İtkin düşən şəxslərlə bağlı beynəlxalq öhdəliklər konkret addımlara çevrilməlidir!

Ermənistan torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Azərbaycana qarşı hərbi təcavüz zamanı  dinc insanlar kütləvi qətlə yetirilib, girov götürülüb, eləcə də yaşayış məntəqələri tamamilə dağıdılıb. Eyni zamanda, müharibə dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi bugünədək məlum deyil.

Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kütləvi məzarlıqlar aşkar olunub. Məzarlıqlarda basdırılmış insanlar Birinci Qarabağ müharibəsində itkin düşənlərdir. Onların bəzilərinin kimliyi müəyyənləşdirilərək ailələrinə təhvil verilib və dəfn olunublar. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır.

3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

Yeri gəlmişkən, martın 10-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində rəsmi məlumat verilib ki, martın 1-nə olan məlumata əsasən, Komissiyada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3977 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüb. Ümumilikdə, itkinlərdən 3698-i kişi, 285-i qadındır. İtkin düşmüş 3983 nəfərdən 3209-u hərbçi, 774-ü mülki şəxslərdir. İstintaqla sübut edilib ki, 170 azərbaycanlı əsir Ermənistan silahlı birləşmələri tərəfindən işgəncələrlə öldürülüb. Son məlumata əsasən, 688 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb.

Hazırda itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ən vacib vəzifələrdən biridir. Amma bir sıra amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur. Belə ki, 30 illik işğal dövründə ərazilər mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilib. Bu amil prosesə mənfi təsir göstərir. Eyni zamanda, itkin düşmüş azərbaycanlarının taleyinə beynəlxalq təşkilatlar laqeyd qalmamalıdır. Problemin həlli ilə əlaqədar Ermənistana ciddi təzyiqlər göstərilməlidir.  Azərbaycan dövləti bu istiqamətdə fəal iş aparır.

Diplomat: Bu məsələ təxirəsalınmaz diqqət və tədbirlər tələb edir

Yeri gəlmişkən, Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev Baş Assambleyada “İtkin düşmüş şəxslər” mövzusunda keçirilən müzakirələrdə çıxış edib. Diplomat bildirib ki, Azərbaycan 2004-cü ildən bəri konsensus əsasında qəbul edilən və son iki qətnaməsi bu görüşü mandatlaşdıran Baş Assambleyanın ikiillik “İtkin düşmüş şəxslər” qətnaməsinin müəllifi və təşəbbüskarı olmaqdan qürur duyur.

O qeyd edib ki, 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın təcavüzü və işğalı nəticəsində 4 000 nəfərə yaxın  azərbaycanlı itkin düşüb və onların taleyi hələ də naməlum olaraq qalır: “Bu məsələ təxirəsalınmaz diqqət və tədbirlər tələb edir. İtkin düşənlər arasında 774 mülki şəxs var ki, onlardan 116-sı qadın, 315-i yaşlı insan, 75-i isə uşaqdır. Bir çox hallarda onlar ailə üzvləri birlikdə yoxa çıxıb ki, bu da nəsillərin məhvinə gətirib çıxarıb. Onlardan bəziləri hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) tərəfindən həbsdə olarkən ziyarət edildikdən sonra naməlum şəraitdə yoxa çıxıb”.

T.Musayev, işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlar barədə də məlumat verib: “Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarında 23 kütləvi məzarlıq və digər dəfn yerlərində tapılmış 120 nəfərin qalıqları müəyyən edilərək ailələrinə təhvil verilib. Bu məzarlıqlar təkcə itkin düşənlərin taleyini aydınlaşdırmır, həm də mülki şəxslərin və digər şəxslərin qəsdən öldürüldüyünü sübut edir”.

Diplomat əlavə edib ki, Azərbaycan itkin düşənlərin axtarışı və identifikasiyası ilə yanaşı, münaqişə zamanı insanlıq əleyhinə törədilmiş cinayətlərin araşdırılması və təqsirkarların cəzalandırılması istiqamətində də qəti addımlar atır. “Lakin bir çox cinayətkar Ermənistanda və digər ölkələrdə təhlükəsiz sığınacaq taparaq cəzasızlıqdan faydalanmağa davam edir. Onların cinayətlərinin inkar edilməsi və ədalətin qarşısını almaq üçün həyata keçirilən cəhdlər beynəlxalq hüquqa və hüququn aliliyinə açıq hörmətsizlikdir”, - deyə T.Musayev bildirib. Səfir vurğulayıb ki, qurbanların və onların ailələrinin hüquqları tələb edir ki, itkin düşən şəxslərlə bağlı beynəlxalq öhdəliklər konkret addımlara çevrilsin, cəzasızlığa sıfır tolerantlıq prinsipi tətbiq edilsin və bütün itkin düşənlərin taleyi müəyyən olunsun.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri