Icma.az
close
up
RU
Azərbaycan BMT də çağırış etdi

Azərbaycan BMT də çağırış etdi

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Minalar, müharibə qalıqları və partlayıcı qurğular bir çox münaqişə və post-münaqişə vəziyyətində olan ölkələrdə mülki əhaliyə, hərbçilərə, sülhməramlılara, humanitar işçilərə hələ də ölümcül təhlükə yaradır. Azərbaycan belə ölkələrdəndir, onun ərazisinin 13 %-dən çoxu bu təhlükələrlə əhatə olunub və zərərçəkənlərin sayı artır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən “Baş katibin Humanitar Silahsızlanma və Mina Təhlükəsizliyi Kampaniyası” adlı tədbirdə çıxış zamanı deyib.

Diplomat qeyd edib ki, genişmiqyaslı mina çirklənməsi Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) həyata keçirilməsinə ciddi maneə yaradır. Bu baxımdan Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edib.

Azərbaycan 2022-ci ildən etibarən BMT ilə birgə üç beynəlxalq mina konfransı təşkil edib. Konfranslar humanitar minatəmizləmə, davamlı inkişaf və mina çirklənməsinin ətraf mühitə təsiri kimi mövzular üzrə konkret nəticələr və sənədlərlə yekunlaşıb.

Səfir xatırladıb ki, Azərbaycan 2023-cü ilin dekabrında 1954-cü il Haaqa Konvensiyası çərçivəsində “Minaların mədəni irs obyektlərinə təsiri” ilə bağlı qətnamənin qəbuluna nail olub.

BMT Baş Assambleyasının 79/173 saylı qətnaməsi ilk dəfə Azərbaycanın təşəbbüsü ilə qəbul edilib. Qətnamədə minaların, partlayıcı qalıqların itkin düşmüş şəxslərin axtarışı və qalıqlarının tapılması prosesinə maneələr yaratdığı qeyd olunub.

Diplomat mina fəaliyyətinin gender aspektinə də toxunarub. Bildirib ki, Azərbaycanda ilk qadın minatəmizləmə qrupları Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA), BMT-nin İnkişaf Proqramı (UNDP) və Avropa İttifaqının birgə layihəsi çərçivəsində yaradılıb.

Səfir çıxışının sonunda beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı daha güclü həmrəyliyə və dəstəyə çağırıb: “Dünya üzrə mina təhlükəsinin miqyası beynəlxalq əməkdaşlığın gücləndirilməsini, daha çox maliyyə və texniki dəstəyi tələb edir. Humanitar minatəmizləmə istiqamətində koordinasiyalı və adekvat fəaliyyət vacibdir,” – T. Musayev vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see384

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see320

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see279

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see237

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see232

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see222

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see216

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see198

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see189

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see183

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see179

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see177

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see173

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see170

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see169

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see168

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see160

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see154

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see153

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri