Icma.az
close
up
RU
BMT də Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq keçirilib FOTOLAR

BMT də Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq keçirilib FOTOLAR

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Nyu-Yorkda BMT-nin mənzil qərargahında Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlı brifinq keçirilib. SİA-nın məlumatına görə, açılış nitqi ilə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bildirib ki, partlayıcı döyüş silahları və əldəqayırma partlayıcı qurğular münaqişə və münaqişədən sonrakı vəziyyətlərdə olan bir çox ölkələrə təsir göstərməkdə davam edir və mülki əhali, hərbçilər, sülhməramlılar və humanitar heyət üçün ölümcül təhlükə yaradır. O bildirib ki, Azərbaycan ərazisinin 13 faizindən çoxu bu təhlükənin təsirinə məruz qalıb. Səfir əlavə edib ki, münaqişənin başa çatmasına və sülh gündəliyində əldə edilən irəliləyişlərə baxmayaraq, ölkəmizdə münaqişədən sonra mina qurbanlarının sayı artır. O, 2020-ci ilin 10 noyabr tarixindən indiyədək mina qurbanlarının sayının 388-ə çatdığını və xəsarət alanların əksəriyyətinin mülki şəxslər olduğunu deyib.

“Minalar əsas yenidənqurma işlərini ləngidir və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına mane olur. Geniş şəkildə mina çirklənməsi davamlı inkişaf proseslərinin həyata keçirilməsinə ciddi maneələr yaradır”, - deyə səfir bildirib.

Daha sonra Azərbaycanda mina fəaliyyətləri və yenidənqurma işlərinə dair videoçarx nümayiş olunub.

Ardınca çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Azərbaycan minalardan ən çox əziyyət çəkən ilk on ölkədən biridir və Birləşmiş Millətlər Təşkilatı da bu problemin olduğunu təsdiqləyib. O, minaların təsirlərinin bir neçə il, bəlkə də onilliklər sonra da hiss olunacağını qeyd edib. Fərid Şəfiyev mina ilə bağlı statistikanın Azərbaycanda demək olar ki, hər gün dəyişdiyini vurğulayıb: “Azərbaycan ərazisində təxminən 1,5 milyona yaxın mina basdırılıb. Azərbaycanda 800 min məcburi köçkün Vətənə qayıdışını gözləyir. Minalar onların geri qayıtmasının qarşısını alır, ona görə də hökumət onların həmin ərazilərə təhlükəsiz qayıtmasını təmin etmək istəyir. 2020-ci ildə müharibə başa çatdıqdan sonra minaçıxarma əməliyyatlarında mühüm irəliləyiş əldə edilib, ümumilikdə 179 min hektar ərazi uğurla təmizlənib”, - deyə BMTM-in sədri bildirib. Fərid Şəfiyev əlavə edib ki, Ermənistanın təqdim etdiyi xəritələr təxminən 25 faiz dəqiqliyə malikdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Hərbi-siyasi məsələlər idarəsinin rəisi Anar Mütəllimov çıxışı zamanı qeyd olunan statistikaların arxasında həm də insan həyatı, şəxsi və ailə faciəsinin dayandığını bildirib. Onun sözlərinə görə, bu hərəkətlər təkcə müharibə cinayəti deyil, həm də beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.

O bildirib ki, hətta 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra da Ermənistan Azərbaycan ərazisi daxilində və yeni minalar yerləşdirməyə davam edib. BMT İnkişaf Proqramının (UNDP) Böhrana Hazırlıq, Cavab və Bərpa Qrupunun rəhbəri Devanand Ramiah Azərbaycanla mina təmizlənməsi sahəsində əməkdaşlığın 1998-ci ildən başladığını bildirib. Onun sözlərinə görə, təmsil etdiyi qurum ANAMA-nın yaradılmasını dəstəkləyib və bu əməkdaşlıq mina və partlamamış hərbi sursatlar probleminin həllində mühüm rol oynayıb. UNDP rəsmisi 2020-ci ildən əməkdaşlığın daha da genişləndiyini və Azərbaycan vasitəsilə birgə missiya həyata keçirdiklərini əlavə edib.

Marşal İrs Fondunun icraçı direktoru Elis Bekker bu il Azərbaycan torpaqlarında minaların təmizlənməsi sahəsində tərəfdaşlığın 20 illiyinin qeyd olunduğunu deyib. O bu çərçivədə Azərbaycana 90 minaaxtaran it ianə edildiyini vurğulayıb. O, bu əməkdaşlıqdan çox məmnun olduqlarını dilə gətirib.

Daha sonra BMT yanında daimi nümayəndəliklərin və təşkilatların rəsmiləri çıxış edib, minatəmizləmə ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, martın 24-dən aprelin 4-nə kimi Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Aprel 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri