Icma.az
close
up
RU
BMT də Azərbaycanın minalanmış əraziləri məsələsi gündəmə gətirildi

BMT də Azərbaycanın minalanmış əraziləri məsələsi gündəmə gətirildi

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və digər partlayıcı müharibə qalıqları ilə çirklənib. İndiyədək həmin ərazilərin yalnız 24,3 faizi təmizlənib.

Sherg.az xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçi ilə keçirilən interaktiv dialoq zamanı bildirib.

Diplomat qeyd edib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, eləcə də məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ciddi maneə yaradır. 2020-ci ildən bəri mina hadisələri nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla, 400-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya xəsarət alıb.

Şəhriyar Hacıyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın əsas milli prioritetlərindən biridir. Münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə 16 milyard ABŞ dollarından çox vəsait ayrılıb. Böyük Qayıdış Proqramı çərçivəsində hazırda 48 yaşayış məntəqəsində 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.

Azərbaycan diplomatı mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq yardımın artırılmasının və məsuliyyət məsələsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, minaların və digər partlayıcı müharibə qalıqlarının təmizlənməsi insanların dolanışıq imkanlarının bərpası, iqtisadi dirçəliş və məcburi köçkünlərin problemlərinin davamlı həlli üçün əsas şərtlərdəndir.

Şəhriyar Hacıyev Azərbaycanın məcburi köçkünlərin insan hüquqlarının tam təmin edilməsinə sadiqliyini bir daha təsdiqləyib və ölkəmizin münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşməyə hazır olduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Oktyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri