Icma.az
close
up
RU
BMT də “mandat” davası

BMT də “mandat” davası

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Erməni lobbisi hələ də ucuz kampaniyalar axtarışındadır

44 günlük Vətən müharibəsi ilə tarixin arxivinə göndərilən “Qarabağ münaqişəsi”nin bir qrup simulyant ermənipərəstlər tərəfindən ara-sıra yenidən “gündəmə” gətirilməsi halları müşahidə edilir. Qlobal mühit üçün heç bir maraq kəsb etməyən bu kimi cılız cəhdlərin arxasında isə bəzi hallarda ermənipərəst mərkəzlərin maliyyə fırıldaqları (sonradan üstü açılır), diaspordan “pul qoparmaq” istəyi və ya beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti dayanır. Erməni lobbisi bu yolla yenidən diqqət mərkəzinə düşmək istəyir. Məsələn, “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov sosial şəbəkələrdə bildirib ki, erməni lobbisi və onun təsiri altında olan bəzi beynəlxalq QHT-lər BMT İnsan Hüquqları Şurasının “Dağlıq Qarabağ üzrə xüsusi məruzəçi” mandatının təsis olunması üçün növbəti kampaniyaya başlayıb. S.Məmmədov əlavə edib ki, anti-Azərbaycan mövqeyi ilə seçilən və BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) assosiativ üzv olan “Christian Solidarity International” təşkilatı xüsusi canfəşanlıq göstərir. Qeyd edək ki, hazırda BMT İnsan Hüquqları Şurasının 14 ölkə üzrə belə mandatı fəaliyyətdədir - Əfqanıstan, Belarus, Burundi, Mərkəzi Afrika Respublikası, Kamboca, KXDR, Eritria, İran İslam Respublikası, Mali, Myanmar, Fələstin, Rusiya, Somali və Suriya.

Erməni lobbisinin yeni oyunu...

Maraqlıdır ki,  Azərbaycanla bağlı belə bir “ehtiyac” haradan qaynaqlanır. Qarabağla bağlı hər hansı bir məruzəçi mandatının formalaşdırılmasının hər hansı bir hüquqi və ya məntiqi açıqlaması ola bilməz. Birincisi, Qarabağ adlı hansısa bir statuslu ərazi vahidi yoxdur - Azərbaycan Respublikasının ərazisində “Qarabağ İqtisadi Rayonu” var ki, bu da Azərbaycanın suveren və ayrılmaz ərazisidir. İkincisi isə, belə istəyə, arzuya düşmək Azərbaycanın ərazi bütövlüyünə qarşı cəhd sayılır - bu isə, beynəlxalq aktlarla yolverilməzdir. Azərbaycanın ərazi bütövlüyü hətta işğal illərində belə BMT strukturları tərəfindən rəsmi sənədlər, qətnamələr vasitəsilə təsdiqlənib.

Üçünsücü isə, erməni lobbisinin bu davranışı birbaşa sülh prosesinə hədəflənib - onlar artıq son akkordları vurulan və nəticəyə doğru yol alan sülh danışıqları Cənubi Qafqazda tarixi bir mərhələ formalaşdıracaq. Erməni lobbisi isə bunu həzm etmək istəmir - onlar anlayırlar ki, Ermənistan rəsmi şəkildə özünün qondarma iddialarından geri çəkilən və qonşularına qarşı hər hansı bir təhlükə formalaşdırmayan zaman erməni lobbisinin fiaskosu rəsmiləşəcək. İllərlə min bir yalanla aldatdıqları erməni xalqı isə onlardan bunun hesabını soruşacaq. Beləliklə, bu kimi qondarma “mandatvermə oyunu” ilə yenidən hansısa arzularını “cücərtmək” istəyirlər. Amma artıq onların bu oyunları heç bir fayda və nəticə vermir. Nəzərə alsaq ki, Ermənistanın siyasi hakimiyyəti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyib, Paşinyan özü rəsmən bu məsələni vurğulayıb, demək ki, atılan bu addım yalnız və yalnız ara qarışdırmaq, ürək bulandırmaq cəhdidir. Belə cəhdlər isə yolverilməzdir.

CSİ-nin ermənipərəst “xristian müdafiəsi”...

Adıçəkilən “Christian Solidarity International” (CSI) təşkilatı isə sözdə “xristianların hüquq müdafiəsi” sahəsində fəaliyyət göstərən və qərargahı İsveçrədə yerləşən qeyri-hökumət təşkilatıdır. 1977-ci ildə təsis edilmiş bu təşkilat özünün əsas məqsədi kimi “dünyada dini azlıqlara, xüsusilə də xristianlara qarşı yönəlmiş təqiblərə qarşı mübarizə aparmağı və onların hüquqlarını müdafiə etməyi” bəyan etsə də, fəaliyyət spektri tamam fərqlidir. Qeyd edək ki, təşkilatın fəaliyyəti əsasən Yaxın Şərq, Afrika və Cənubi Asiyada bir sıra “hesabatlar” hazırlamaq, guya xristianlara qarşı “zorakılıq” hallarını sənədləşdirmək üzərində qurulub.

“Christian Solidarity International” daim Ermənistan və erməni maraqları ilə üst-üstə düşən mövqeləri ilə gündəmə gəlib. CSI uzun illər ərzində Qarabağdakı erməni əhalinin hüquqlarının guya pozulması ilə bağlı hesabatlar yayıb. Təşkilat 2020-ci il müharibəsindən sonra da Azərbaycanı “ermənilərə qarşı təcavüz”də günahlandıran bəyanatlar verib. Onlar Azərbaycanı “xristian erməni mədəni irsini məhv etməkdə” ittiham edən kampaniyalarda iştirak ediblər və UNESCO-nun bu məsələyə müdaxilə etməsinə çağırış ediblər. CSI bəzi hesabat və açıqlamalarında Qarabağda ermənilərin guya əsrlərlə “xristian azlıq” kimi təzyiqlərə məruz qaldığını iddia edir. Bu isə tarixi faktlarla və regionun siyasi-hüquqi görüntüsü ilə üst-üstə düşmür - bu təşkilatın əsl niyyəti ortadadır. Təsadüfi deyil ki, bu gün BMT ilə “mandat” davası aparan CSİ bu qurumun Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələrinə münasibət bildirməkdən yayınır. İllərlə “Qarabağda yaşayan erməni ailələrinə yardım” adı altında erməni lobbisinin qara kassası kimi fəaliyyət göstərən təşkilat bir dəfə də olsun Ermənistanın işğalı nəticəsində öz evindən didərgin düşmüş azərbaycanlılara diqqət göstərməyib. Halbuki bu selektiv yanaşma “humanitar və dini azlıqların hüquqlarını qorumaq” kimi ümumi bəyanatlarla ziddiyyət təşkil edir.

Beləliklə, CSİ özünü “xristian dəyərlərinin və azlıqlarının müdafiəçisi” kimi təqdim etsə də, keçmiş “Qarabağ münaqişəsi” kontekstində açıq ermənipərəst mövqe sərgiləməkdə davam edir.

SADİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyul 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri