BMT də uşaqlardan danışdı İranda öldürülən azyaşlılara səssiz qaldı
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin birinci xanımı Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının “münaqişə şəraitində uşaqlar və təhsil” mövzusuna həsr olunmuş iclasında çıxış edib.
Toplantıda əsas diqqət silahlı münaqişələrin uşaqlara, texnologiyaya və təhsil imkanlarına təsirinə yönəldilib.
Melaniya Tramp çıxışı zamanı bildirib ki, “Dünyanın müxtəlif yerlərində milyonlarla uşaq münaqişələr səbəbindən əsas hüquqlarından məhrum qalır. Onların təhlükəsizliyi və təhsili prioritetimiz olmalıdır”.
O, BMT-yə üzv dövlətləri müharibədən zərər çəkmiş uşaqların qorunması üçün birgə siyasətlər hazırlamağa çağırıb.
Birinci xanım həmçinin uşaqların müharibə zonalarında istifadəsinə toxunaraq silahların onların psixologiyasına mənfi təsir göstərdiyini vurğulayıb. ABŞ-nin humanitar yardım və sülh təşəbbüsləri vasitəsilə münaqişədən zərər çəkmiş uşaqlara dəstəyini davam etdirəcəyini bildirib.
Lakin Melaniya Tramp ABŞ və İsrailin hücumu nəticəsində İrandakı qızlar məktəbində həlak olan uşaqlarla bağlı heç nə deməyib.
Onun beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə qarşılanıb və tənqidlərə səbəb olub.
Xatırladaq ki, İranın Hörmüzqan əyalətinin Minab şəhərində yerləşən “Şeceretü’t-Tayyibe” qız ibtidai məktəbinə təşkil olunan hücum nəticəsində 160-dan çox uşağın öldüyü bildirilir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 03 Mart 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















