Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

BMT eksperti: Azərbaycan beynəlxalq platformalarda etibarlı tərəfdaş mövqeyi nümayiş etdirir

BMT eksperti: Azərbaycan beynəlxalq platformalarda etibarlı tərəfdaş mövqeyi nümayiş etdirir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 15 may, AZƏRTAC

Bakıda təşkil olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mühüm əhəmiyyətə malikdir. Bu Forum dayanıqlı şəhər gələcəyinin qurulması istiqamətində aparılan birgə səylər üçün vacib dönüş nöqtəsidir. 2016-cı ildə Kito şəhərində BMT tərəfindən qəbul edilən New Urban Agenda (Yeni Şəhər Gündəliyi) müəyyən edilən hədəflərin real həyat şəraitində nə dərəcədə tətbiq olunduğunu qiymətləndirən qlobal hesabatlılıq məkanıdır. Mənzil bərabərsizliyi, iqlim riskləri, texnoloji transformasiya, miqrasiya təzyiqləri və sosial qeyri-bərabərliklərin artdığı bir dövrdə WUF13 bəyanatlardan konkret fəaliyyət mərhələsinə keçid üçün imkan yaradır.

Bu sözləri AZƏRTAC-a BMT-nin Uşaqlar və Gənclər üzrə Əsas Qrupunun eksperti Zipporah Njenga söyləyib.

“Yeni Şəhər Gündəliyinin qəbulundan ötən onillik dövrün icmalı artıq gündəmdədir. Qəbul edilən bu sənəddən sonra şəhərsalma mənzərəsi ciddi şəkildə dəyişib. Sürətli şəhərləşmə prosesi davam etdiyi kimi, qeyri-formal yaşayış məntəqələri, məcburi köçürülmə halları, infrastruktur çatışmazlığı və şəhər bərabərsizliyi də genişlənməkdədir. Paralel olaraq rəqəmsal transformasiya və “ağıllı şəhər” modelləri şəhərlərin idarəetmə və inkişaf mexanizmlərini yenidən formalaşdırır. Lakin “ağıllı şəhər” anlayışı yalnız texnoloji yeniliklərlə məhdudlaşmır, eyni zamanda, insan mərkəzli, iqlimə davamlı və hər kəs üçün əlçatan şəhərlərin qurulmasıdır. Rəqəmsal innovasiyalar bərabər xidmət imkanlarının genişləndirilməsinə, iştirakçı idarəçiliyin gücləndirilməsinə və dayanıqlı sistemlərin qurulmasına xidmət etməlidir; əks halda, onlar sosial kənarlaşdırma və nəzarət mexanizminə çevrilə bilər. Bu baxımdan, forum “ağıllı şəhərlər” ədalət, davamlılıq və şəhər hüquqları ilə necə uzlaşdırılacağını ciddi şəkildə müzakirə etməlidir”, - deyə Z.Njenga qeyd edib.

Ekspertin sözlərinə görə, Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi mühüm qərardır və bu təşəbbüs yüksək qiymətləndirilməlidir. Tədbirə sədrlik edən ölkə xüsusilə mənzil təhlükəsizliyinin əsas problemlərindən birinə çevrildiyi dövrdə mühüm məsuliyyət daşıyır. Bu məsələ yalnız yaşayış məkanı deyil; o, sağlamlıq, insan ləyaqəti, iqlim dayanıqlılığı, təhsil və iqtisadi imkanlarla bağlıdır. Azərbaycanın bu liderlik rolunu üzərinə götürməsi müsbət qiymətləndirilir. Forumdakı müzakirələrin inklüziv, uzaqgörən və səmərəli şəkildə aparılacağına inam yaradır.

“Bakının son illərdə nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi şəhərin qlobal platformalardakı mövqeyini daha da gücləndirir. Xüsusilə COP29 çərçivəsində əldə olunan təcrübə Azərbaycanın iqlim gündəliyi, davamlı inkişaf və beynəlxalq əməkdaşlıq sahələrində fəal və etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirib. Həmin dövrdə Bakıda müşahidə etdiyim yüksək təşkilati imkanlar, açıq və inklüziv dialoq mühiti, eləcə də müxtəlif tərəflər arasında qurulan əməkdaşlıq məndə olduqca müsbət təəssürat yaratdı. Bu, Azərbaycanın qlobal çağırışların həllinə töhfə vermək istiqamətində artan rolunun göstəricisidir”, – deyə BMT eksperti əlavə edib.

Müxbir - Mehrac Ağasiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri