Icma.az
close
up
RU
BMT ləğv olunur? Pul tapmır: MƏXFİ SƏNƏD

BMT ləğv olunur? Pul tapmır: MƏXFİ SƏNƏD

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatı köklü restrukturizasiyanı, əsas bölmələri birləşdirməyi və resursların yenidən bölüşdürülməsini nəzərdən keçirir. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin işçi qrupu tərəfindən hazırlanmış altı səhifəlik məxfi memoranduma istinadən “Reuters” agentliyi məlumat yayıb.

Sənəd onlarla agentliyin dörd əsas sahə üzrə birləşdirilməsini təklif edir: 

Sülh və təhlükəsizlik, humanitar məsələlər, davamlı inkişaf və insan hüquqları. Xüsusi tədbirlərə Ümumdünya Ərzaq Proqramı (ÜƏP), UNICEF, ÜST və BMT QAK-ın əməliyyat strukturlarının vahid humanitar qurumda birləşdirilməsi daxildir. İslahat, həmçinin bir-birini təkrarlayan funksiyaların ixtisar edilməsini və işçilərin bir hissəsinin Cenevrə və Nyu-Yorkdan daha ucuz şəhərlərə köçürülməsi də daxil olmaqla işçilərin rasionallaşdırılmasını əhatə edir.

Təşəbbüs BMT-nin maliyyə böhranı ilə bağlıdır. Belə ki,  təşkilatın əsas donoru olan ABŞ-ın 1,5 milyard dollar müntəzəm büdcə pulu və 1,2 milyard dollar sülhməramlı əməliyyatlara borcu var. ABŞ yardımının kəsilməsi artıq Humanitar Məsələlər İdarəsinin işçilərinin 20%-nin ixtisarına səbəb olub və Beynəlxalq Miqrasiya Təşkilatında 6000 iş yerini ixtisar etməklə hədələyib.

Quterreş islahatları “parçalanmış strukturlara və bürokratiyaya” cavab adlandırıb, lakin yüzlərlə BMT əməkdaşı mayın 1-də Cenevrədə ixtisarlara etiraz edib. Yekun restrukturizasiya təklifləri mayın 16-dək təqdim edilməlidir.

Xəzər
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 May 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see225

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see223

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see223

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see222

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see215

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see211

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see206

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see202

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see188

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see185

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see185

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see183

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see177

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see173

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see170

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see170

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see169

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see167

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see165

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri