Icma.az
close
up
RU
BMT nin hesabatı: Dünyada 1 milyard insanın dolanışığı su bataqlıq ərazilərindən asılıdır

BMT nin hesabatı: Dünyada 1 milyard insanın dolanışığı su bataqlıq ərazilərindən asılıdır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 fevral, AZƏRTAC

Su-bataqlıq əraziləri suyun ətraf mühitə, əlaqəli bitki və heyvanlar aləminə nəzarət edən əsas amilidir. Bataqlıq ərazilərin geniş tərifinə həm şirin su, həm də dəniz və sahil ekosistemləri, məsələn, bütün göllər və çaylar, yeraltı su qatları, yaş çəmənliklər, torflar, oazislər, estuarlar, deltalar, manqrovlar və digər sahilyanı ərazilər, mərcan rifləri, habelə balıq gölməçələri, düyü çəltikləri, su anbarları və şoranlıqlar kimi insan tərəfindən yaradılmış bütün sahələr daxildir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər BMT-nin hər il fevralın 2-də qeyd edilən Ümumdünya Su-Bataqlıq Əraziləri Günü münasibətilə dərc etdirdiyi hesabatda yer alıb.

Hesabatda qeyd olunub ki, bu ekosistemlərin daxili dəyəri, onların ekoloji, iqlim, sosial, iqtisadi, elmi, təhsil, mədəni, rekreasiya və estetik töhfələri, həmçinin davamlı inkişafa və insan həyatında əhəmiyyətli təsiri nəzərə alınmalı, bu baxımdan onların insanların rifahı və təbiət üçün çox vacib olduğu vurğulanmalıdır.

“Bununla belə, onlar Yerin quru səthinin yalnız təxminən 6 faizini, bataqlıq ərazilərdə yaşayan və ya çoxalan bütün bitki və heyvan növlərinin 40 faizini əhatə edir. Su-bataqlıq ərazilərin biomüxtəlifliyi sağlamlığımız, qida təminatımız, turizm və iş yerləri üçün vacibdir. Bu ərazilər insanlar, digər ekosistemlər və iqlimimiz üçün həyati əhəmiyyət kəsb edir, daşqınlara nəzarət və suyun təmizlənməsi daxil olmaqla əsas ekosistem xidmətləri təmin edir. Dünyada bir milyarddan çox insanın dolanışığı su-bataqlıq ərazilərdən asılıdır. Bu, Yer kürəsində təxminən hər səkkiz nəfərdən biri deməkdir.

Su-bataqlıq ərazilərinin əhəmiyyəti və onların biomüxtəlifliyinin qorunması haqqında məlumatlılığı artırmaq məqsədilə hər il fevralın 2-də Ümumdünya Su-Bataqlıq Əraziləri Günü qeyd olunur. Bu, 1971-ci ildə su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının qəbul edildiyi tarixdir. Günün məqsədi bütün dünyada bataqlıq ərazilərinin qorunması və davamlı istifadəsinin təşviq edilməsidir.

Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilk dəfə 1997-ci ildə qeyd olunub. 2021-ci il avqustun 30-da BMT Baş Assambleyası fevralın 2-ni Ümumdünya Su-Bataqlıq Əraziləri Günü elan edən qətnamə qəbul edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri