Icma.az
close
up
RU
Terrorun yeni ritorikası: Gizli plan ifşa olundu

Terrorun yeni ritorikası: Gizli plan ifşa olundu

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Türkiyəli təhlükəsizlik və hərbi ekspert Abdullah Ağar Gununsesi.info üçün şərh edib:

Bese Hozat kimdir və verdiyi mesajların mənası nədir?

PKK-nın Kandildəki ən önəmli rəhbərlərindən, bəlkə də hazırda ən önəmlisi olan “topuqlu terrorçu” Bese Hozat belə deyib:

“Türkiyə bu prosesi inkişaf etdirməsə, Türkiyənin gələcəyi çox qaranlıqdır. PKK kadrları amnistiya istəmir. Evə dönüş qanunu da istəmir. əfv, cinayət işləyənlər üçün edilir. Biz cinayət işləməmişik ki, əfv  istəyək.”

İndi kimlərsə bunu eşitmək istəməz, kimlərsə görməzlikdən gələr, kimlərsə yüngülləşdirər, kimlərsə ciddi qəbul edər, kimlərsə də bunu təşkilatın siyasi uzantılarına, təsir agentlərinə, milislərinə verilmiş ekran mesajı kimi oxuyar – bilmirəm. Amma mən Bese Hozat kod adlı Fatma Yıldızı tanıyıram və ciddiyə alıram.

Əvvəlcə vurğulayaq: onun bu ikibaşlı dili yalnız xəyanət, yalnız vasitəçilik, yalnız hədə və yalnız “ayar” daşımır. O, həm “proses sevərlərə”, həm təslim olmuşlara, həm də təşkilata aldananlara açıq mesaj, təşkilat kadrlarına isə birbaşa təlimat verir.

Bese Hozatın təşkilat içindəki mövqeyi və əhəmiyyəti

Onun haqqında qısaca belə demək olar:
“O, Apo-nun Kandildəki əks-sədasıdır.”

Bese Hozat terror təşkilatının ən kritik nüvə kadrlarındandır; ən yuxarıdakı bir neçə şəxsdən biri və təşkilatın ideoloji üst quruluşunun beynidir. KCK İcra Şurasının həmsədri kimi təşkilatın strateji qərar mexanizminin ən yüksək qatında yer alır.

O, Apo-nun ideoloji xəttini şərh edən, yeniləyən, onun fikirlərini təşkilatın siyasətinə çevirən, yenidən kodlaşdıran və baza kütləsinə ötürən ən təsirli fiqurdur. Bese Hozat PKK-nın siyasi ritorikasının, beynəlxalq mesajlarının, “həlletmə prosesi” dövründəki analizlərinin, təşkilati-strateji anlayışlarının çoxunu Apo adına formalaşdıran əsas ideoloqdur. Buna görə də Kandilin “ideoloji beyni” hesab edilir.

Bu mənada:
3 Murat Karayılan, 5 Cemil Bayık, 35 Duran Kalkan, 75 Mustafa Karasu dəyərindədir.
Onun hər sözü bir siqnaldır, təlimatdır.

Açıqlamaları xüsusən:

gənclik–milis strukturları (YPS, YDG-H, Asayiş),

qadın strukturu,

şəhər hüceyrələri,

sosial media operatorları,

media strukturları,

Türkiyə mediasına sızmış təsir agentləri,

Avropadakı təbliğat mexanizmləri

üçün birbaşa operativ göstəriş xarakteri daşıyır.

O, Apo adına “siyasi legitimlik yaratma” prosesinin baş memarıdır. PKK-nın özünü “tərəf”, “legitim aktor”, “münaqişə ortağı” kimi təqdim etməsi onun dil mühəndisliyinin məhsuludur.

Onun sözləri nə qədər ciddi qəbul edilməlidir?

Qısa və aydın cavab: Çox. Hətta lazım olduğundan da çox.

Çünki Hozatın sözləri sadəcə açıqlama deyil; təşkilatın strateji terror bildirişi, təlimatı və mesajıdır. Xüsusilə “cinayət işləməmişik” və “əhv istəmirik” ifadələri PKK-nın özünə saxta leqitimlik sahəsi açmaq, dövləti isə özünə bərabər aktor kimi göstərmək cəhdidir. Bu isə son dərəcə təhlükəlidir.

Bəs sözlərinin əsl mənası nədir?

Bunu terror təşkilatının son dövr kodlarını oxuma cəhdi kimi qəbul edə bilərsiniz. Əvvəldən deyim:
Bu açıqlama dövlət ağlı üçün adi təhdiddən qat-qat böyükdür.
Bu, Türkiyə Respublikasının leqitimliyinə, hüququna, suverenliyinə yönəlmiş bir meydan oxumadır.

Bese Hozatın dediyi heç bir söz təsadüfi deyil; dövlətin suverenlik sahəsinə atılmış hesablı bir bıçaq zərbəsidir. PKK Türkiyəni öz terror əməllərinin hədəfi kimi deyil, siyasi tələblərinin “tərəfi” kimi göstərmək istəyir. Bu isə adi terror ritorikası deyil, “dövlətləşmə iddiasının elanıdır.”

Əgər dövlət bunu dərhal qırmasa, bu iddia beynəlxalq müstəvidə “susqun qəbul” yarada bilər.

Açıqlamanın ana məğzini açsaq:

Bu sözlər PKK-nın prosesə baxışını göstərən ən əsas göstəricilərdən biridir. Qətiyyən təsadüfi deyil və Türkiyə Respublikasının suverenliyini hədəfə alan açıq meydan oxumadır.

Təşkilatın 40 illik qanlı tarixini ağlamaqdan daha təhlükəli bir yönü var: dövləti leqitimlikdən salıb özünü dövlətlə bərabər elan etmək.

“Cinayət işləməmişik” demək əslində “dövləti tanımırıq” deməkdir. Bu, terroru, xəyanəti, pusunu, bombanı, mayını, körpə qətlini “cinayət deyil, haqqdır” kimi göstərmə cəhdidir. Alt mənası:
“Türk dövləti bizim üzərimizdə hökmran deyil.”
Bu isə paralel hakimiyyət iddiasıdır.

“Af istəmirik” deməklə dövlətə “sən üst deyilsən” mesajı verir; “sən bizi mühakimə edə bilməzsən, sən bizi bağışlaya bilməzsən, bizim üzərimizdə suveren deyilsən” deməkdir.

Bunlar sanki terror təşkilatı deyil, özünü dövlətə bərabər, hətta üstün görən strukturların davranışlarıdır. Bu isə dövlət üçün qırmızı siqnaldır.

PKK bu ritorika ilə artıq “cinayət” deyil, “status” haqqında danışmağa başlayıb. Bese Hozat “cinayət yoxdur” deyərkən əslində belə demək istəyir:
“Biz terrorçu deyilik – tərəfik.”
“Biz cinayətkar deyilik – siyasi subyekdik.”

Bu isə Türkiyəni hüquqi müstəvidən çıxarıb “daxili münaqişə / iki tərəfli qarşıdurma” müstəvisinə çəkmək cəhdidir. Bu, beynəlxalq hüquqda “silahlı münaqişə statusu” qazanmaq üçün qurulan sinsi bir strategiyadır.

Unutmaq olmaz:
Bese Hozat həm PKK-nın strateji kodlayıcısı, həm də operativ tetikleyicisidir.
O danışar, təşkilat hərəkətə keçər. O ima edər, milislər tətbiq edər. O çərçivə çəkər, Avropadakı təbliğat mexanizmi bunu yayımlar.

Bu cümlələr PKK-nın insanlıq əleyhinə olan cinayətlərini normal göstərmə əməliyyatıdır

“Cinayət yoxdur” deməyin anlamı budur:

Kənd basmaq – cinayət deyil.

Uşaqları öldürmək – cinayət deyil.

Müəllimləri qətlə yetirmək – cinayət deyil.

Körpələri, ana bətnindəki uşaqları vurmaq – cinayət deyil.

Minalar/İED-lər yerləşdirmək – cinayət deyil.

Əsgəri, polisi pusquya salmaq – cinayət deyil.

Vətən uğrunda döyüşən kənd qorucularını xəyanətkar elan etmək – cinayət deyil.

Şəhərlərdə hendek qazmaq, tunel açmaq, dinc əhalini canlı qalxan kimi istifadə etmək – cinayət deyil.

Gəncləri, uşaqları aldadıb dağa aparmaq – cinayət deyil.

Siyasi sui-qəsdlər – cinayət deyil.

Pusqu, sabotaj, yandırma, edam – cinayət deyil.

Meşə yandırmaq, ekosistemi məhv etmək – cinayət deyil.

Ayşən

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri