BMT nin insan haqları üzrə ali komissarı: “İran məcburi hicab qanununu tamamilə ləğv etməlidir”
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Cenevrədə İnsan Haqları Şurasının iclasında BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk İranda “Hicab və İffət Qanunu” layihəsinin tamamilə və daimi olaraq ləğv edilməsini istəyib.
Bizim.Media xəbər verir ki, V. Türk müvəqqəti olaraq dayandırılmış bu qanunun qadınlara və qızlara qarşı ayrı-seçkilik yaradan qanunlar və təcrübələrlə birlikdə tamamilə aradan qaldırılmalı olduğunu qeyd edib.
O, İranı saxlanılan bütün hüquq müdafiəçilərini azad etməyə, eləcə də əsassız həbsləri dayandırmasına çağırıb.
BMT-nin insan haqları üzrə ali komissarı son bir ildə İranda edamların əhəmiyyətli dərəcə artması ilə bağlı xəbərdarlıq edərək vurğulayıb ki, “900-dən çox ölüm hökmü barədə verilən məlumat, dərin narahatlıq doğurur”. Volker Türk qeyd edib ki, İslam Respublikası edam cəzasını da dərhal dayandırmalıdır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 03 Mart 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















