BMT nin nümayəndəsi: Yəməndə döyüşlər humanitar yardımların çatdırılmasına təsir göstərir
Icma.az bildirir, Azertag portalına istinadən.
Qahirə, 18 sentyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndə davam edən müharibənin ölkədə humanitar ehtiyacların ödənilməsinə və yardımların çatdırılmasına mənfi təsir göstərdiyi barədə xəbərdarlıq edib.
AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, BMT-nin Yəməndə rezident əlaqələndiricisi və humanitar məsələlər üzrə koordinatoru Loran Bukera ölkədə vəziyyətin sürətlə dəyişdiyini bildirib.
Onun sözlərinə görə, sentyabrın əvvəlindən etibarən 100 mindən çox insan döyüşlər səbəbindən evlərini tərk edib. Məcburi köçkünlərin əksəriyyəti Taiz və Ləhc vilayətlərinə sığınıb.
Loran Bukera əlavə köç dalğalarının baş verə biləcəyini və humanitar ehtiyacların daha da artacağını qeyd edib. Vurğulanıb ki, sentyabrın 15-dək çevik mexanizm çərçivəsində 60 mindən çox məcburi köçkünə yardım göstərilib.
BMT-nin nümayəndəsi humanitar yardımların təhlükəsiz və davamlı şəkildə çatdırılmasının təmin edilməsinin, eləcə də döyüş bölgələrindən qaçan insanlar üçün təhlükəsiz dəhlizlərin yaradılmasının vacibliyini vurğulayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 Sentyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















