Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? MARAQLI
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Avtomobillərdə avtomatik idarəetmə sisteminin aktiv olduğunu göstərmək üçün firuzəyi rəngli işıqlardan istifadə oluna bilər. “Mercedes-Benz” şirkəti bu texnologiyanı Almaniyada sınaqdan keçirir.
Avtosfer.az xəbər verir ki, sistemin əsas məqsədi avtomatik idarəetmə rejimində olan avtomobilləri digər sürücülərə və piyadalara daha asan tanıtmaqdır.
Firuzəyi işıqlar avtomobilin ön və arxa işıq sistemlərinə, eləcə də yan güzgülərindəki siqnal lampalarına inteqrasiya edilir. Şirkətin “Drive Pilot” sistemi aktivləşdikdə həmin işıqlar da yanır.
Firuzəyi rəngin seçilməsi onun ağ, qırmızı və narıncı işıqlardan fərqlənməsi ilə əlaqədardır. Bu, yol hərəkəti iştirakçılarının avtomatik idarəetmə sisteminin aktiv olduğunu daha asan anlamasına kömək edə bilər.
Almaniyada sınaqlar üçün verilən xüsusi icazənin 2028-ci ilin iyulunadək qüvvədə olması gözlənilir. Bununla belə, bu işıqların bütün avtomobillərdə məcburi tətbiq ediləcəyi hələ təsdiqlənməyib. Texnologiyanın geniş yayılması üçün vahid texniki standartların və beynəlxalq qaydaların müəyyənləşdirilməsi vacibdir.
Qeyd edək ki, firuzəyi işıqların yanması sürücünün məsuliyyətinin aradan qalxması demək deyil. Avtomatik idarəetmə sisteminin imkanları avtomobilin texniki xüsusiyyətlərindən və hərəkət şəraitindən asılıdır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 26 Oktyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















