Icma.az
close
up
RU
BMT nin sammitində süni intellektin faydaları və yaratdığı problemlər müzakirə olunur

BMT nin sammitində süni intellektin faydaları və yaratdığı problemlər müzakirə olunur

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 8-də Cenevrədə BMT-nin süni intellekt (AI) üzrə flaqman platforması çərçivəsində qlobal sammit açılıb. AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, dörd gün davam edəcək sammitin gündəliyində yüksəksəviyyəli dialoq, qabaqcıl texnologiya nümayişləri və inklüziv süni intellekt idarəçiliyi yer alıb. Tədbir avtonom və generativ sistemlərin tənzimləyici çərçivələrin ayaqlaşa bildiyindən daha sürətli təkamül etdiyi bir vaxtda keçirilir.

“AI for Good - 2025” qlobal sammiti süni intellektin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) çatmaq və artan bərabərsizlik, dezinformasiya və ətraf mühitin gərginliyi risklərindən uzaqlaşmaq məsələlərini araşdırmaq üçün hökumətləri, texnologiya liderlərini, alimləri, vətəndaş cəmiyyətlərini və gəncləri bir araya gətirib.

BMT-nin informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış strukturu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəhbəri Doren Boqdan-Martin çıxışına “biz süni intellekt nəsliyik” sözləri ilə başlayıb. O əlavə edib ki, bu nəslin nümayəndəsi olmaq AI texnologiyalarından istifadə etməkdən daha mühüm məna kəsb edir: “Bu, ibtidai məktəbdən tutmuş ömür boyu öyrənməyə qədər cəmiyyətin bütün bacarıqlarının artırılması səylərinə töhfə vermək deməkdir”.

Boqdan-Martin kifayət qədər ictimai anlayış və ya siyasət nəzarəti olmadan süni intellektin tətbiq edilməsində artan təhlükələr barədə xəbərdarlıq edib. O deyib: “Qarşılaşdığımız ən böyük risk süni intellektin bəşər övladını məhv etməsi deyil. Bu, AI-nin insanlara və planetimizə təsirini kifayət qədər dərk etmədən həmin texnologiyaların hər yerdə yerləşdirilməsi yarışıdır”.

Bəzi ekspertlərin növbəti üç il ərzində insan səviyyəsində olacaq AI-ni proqnozlaşdırması təhlükəsizlik, qərəz, enerji istehlakı və tənzimləmə qabiliyyəti ilə bağlı narahatlıqları gücləndirir.

Sammit çərçivəsində təşkil olunmuş “Palexpo”dakı 20 min kvadratmetrdən çox sərgi sahəsi hazırda uçan avtomobil, balıqdan ilham alan suyun keyfiyyət monitoru, beyin-kompüter interfeysləri və süni intellektlə idarə olunan fəlakətlərə cavab vasitələri də daxil olmaqla 200-dən çox texnoloji nümayişə ev sahibliyi edir. Həftə ərzində keçiriləcək seminarlar səhiyyə və təhsildə süni intellektdən tutmuş etikaya, gender inklüzivliyinə və qlobal idarəetməyə qədər müxtəlif mövzuları əhatə edəcək.

Cümə axşamı süni intellekt idarəetməsi günü olacaq; burada milli tənzimləyicilər və beynəlxalq təşkilatlar qlobal nəzarətdəki boşluğu aradan qaldıracaqlar. BTİ-nin sorğusu müəyyən edib ki, ölkələrin 85 faizində süni intellektlə bağlı xüsusi siyasət və ya strategiya yoxdur. Bu vəziyyət qeyri-bərabər inkişaf və artan rəqəmsal fərqləri göstərir.

Çərşənbə günü BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Sağlamlıqda innovasiyalar və əlçatanlıq üçün AI-nin aktivləşdirilməsi” adlı sessiyaya sədrlik edəcək və texnoloqları, tənzimləyiciləri, tibb mütəxəssislərini, humanitar sahədə liderləri bir araya gətirərək süni intellektin səhiyyə xidmətinin göstərilməsini necə təkmilləşdirə biləcəyini müzakirə edəcək.

Təcili tibbi yardımda süni intellektlə işləyən aparatdan tutmuş kənd klinikaları üçün diaqnostika alətlərinə qədər real tətbiqlər, ÜST-nin ənənəvi tibdə süni intellektə dair qarşıdan gələn texniki xülasəsinin təqdimatı da diqqət mərkəzində olacaq.

Mütəxəssislər, həmçinin süni intellekt və qlobal sağlamlığın kəsişməsində qarşılıqlı fəaliyyət, tənzimləmənin uyğunlaşdırılması və əqli mülkiyyət hüquqlarının problemlərini araşdıracaqlar. Sammitdə insanlar, planet və rifahı əhatə edən kateqoriyalarda ictimai fayda üçün süni intellektdən istifadə edən layihələr mükafatlandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:306
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri