Süni intellektin universitetlər və elmi tədqiqat institutları üçün yaratdığı imkanlar müzakirə olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda “MetaWay” MMC-nin “Global Research Project” layihəsi əsasında Şuşa şəhərində reallaşmış Qlobal Tədqiqat Konfransı çərçivəsində keçirilmiş “Daha yaxşı gələcək üçün süni intellekt” adlı beynəlxalq tədbirin davamı olaraq “Süni intellektin universitetlər və elmi tədqiqat institutları üçün yaratdığı imkanlar” mövzusunda hesabat seminarı təşkil olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin rəhbəri Rüstəm Rüstəmov müzakirə olunan mövzunu seminar iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, “Global Research Conference Shusha 2025”in təşkilinin bütün mərhələlərində Fizika İnstitutunu təmsil edən əməkdaşlar bir komanda olaraq inzibati, elmi və təşkilati məsələlərdə fəal iştirak ediblər. Xüsusilə elmi fəaliyyət istiqamətində mövzuların seçilməsi və təqdimi, eləcə də fərdi qaydada komanda üzvlərinin konfransda müxtəlif mövzular ətrafında olan müzakirələrdə aktiv iştirakı ümumilikdə konfransın işinin və Fizika İnstitutunu konfrans çərçivəsində yüksək səviyyədə təqdim olunmasına şərait yaradıb. Qeyd edib ki, konfransda yerli və xarici qonaqlarla institutda birgə elmi əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Seminarda institutun Elmi resurslar və rəqəmsal informasiya şöbəsinin rəhbəri Orxan Əliyev, Materialşünaslıq laboratoriyasının dosenti Suma Hüseynova və Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyasının dosenti Aytən Əliyevanın məruzələri dinlənilib.
Daha sonra görülmüş işlər və mövzu ətrafında müzakirələr, eləcə də fəaliyyət planları haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 10 İyul 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















