Icma.az
close
up
RU
BMT nin yeni hesabatı: İqlim böhranı gender zəminində zorakılığı artırır

BMT nin yeni hesabatı: İqlim böhranı gender zəminində zorakılığı artırır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 aprel, AZƏRTAC

İqlim böhranı gender zəminində zorakılığı artırır. Bu xəbərdarlıq mesajı BMT-nin “Spotlight” təşəbbüsünün iqlim dəyişikliyinin qadınlara və qızlara qarşı zorakılıq səviyyəsinin artmasına səbəb olan sosial və iqtisadi stresləri gücləndirdiyinə dair yeni hesabatında yer alıb.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, hesabatda ekstremal hava şəraiti, yerdəyişmə, ərzaq təhlükəsizliyi və iqtisadi qeyri-sabitliyin gender zəminində zorakılığın yayılması və onun şiddətini artıran əsas amillər olduğu vurğulanır. Qeyd edilir ki, bu böhran qadınların bərabərsizliklə üzləşdiyi və hücumlara daha həssas olduğu kövrək icmalara daha çox təsir edir.

Tədqiqat göstərir ki, qlobal temperaturun hər 1 dərəcə Selsi yüksəlməsi intim tərəfdaş zorakılığının (IPV) 4,7 faiz artması ilə əlaqələndirilir. Həmçinin 2 dərəcə Selsi istiləşmə ssenarisində 2090-cı ilə qədər hər il 40 milyondan çox qadın və qızın İPV ilə qarşılaşacağı, 3.5 dərəcə Selsi ssenarisində bu rəqəmin iki dəfədən çox artacağı bildirilir.

“Spotlight” təşəbbüsü Avropa İttifaqı ilə Birləşmiş Millətlər Təşkilatı arasında qlobal tərəfdaşlıq, habelə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarını aradan qaldırmaq məqsədi daşıyır. Onun son tədqiqatı vurğulayır ki, iqlim həlləri effektiv və ya davamlı olmaq üçün hüquq, təhlükəsizlik və ədaləti əhatə etməlidir.

Hesabatda qeyd olunur ki, gender zəminində zorakılıq artıq qlobal epidemiyadır. Bir milyarddan çox qadın (zərif cinsin nümayəndələrinin azı üçdəbiri) həyatı boyu fiziki, cinsi və ya psixoloji zorakılığa məruz qalıb. Sağ qalanların yalnız yeddi faizi polisə və ya tibbi xidmətlərə rəsmi hesabat təqdim etdiyinə görə, bu rəqəmlər çox güman ki, reallıqdan daha azdır.

“Spotlight” təşəbbüsü iqlim fəlakətlərindən sonra artan zorakılıq nümunəsini müəyyən edir. Belə ki, təkcə 2023-cü ildə 93,1 milyon insan hava ilə bağlı fəlakətlərdən və zəlzələlərdən təsirlənib, təxminən 423 milyon qadın isə kişilər tərəfindən zorakılığa məruz qalıb. İqlim sarsıntıları daha intensiv hal aldıqda və şiddətləndikdə, zorakılıq riskinin kəskin şəkildə artacağı proqnozlaşdırılır. Məsələn, hesabatda vurğulanan bir araşdırma, isti dalğaları zamanı qadınların qətlinin 28 faiz artdığını aşkar edib. Digər nəticələrə xüsusilə daşqınlar, quraqlıqlar və ya səhralaşmanın səbəb olduğu yerdəyişmələrdən sonra uşaq nikahları, insan alveri və cinsi istismarın yüksək nisbətləri daxildir.

BMT qeyd edir ki, iqlim böhranının yükü bərabər paylanmayıb. Yoxsulluq şəraitində yaşayan qadınlar və qızlar, o cümlədən kiçik fermerlər və qeyri-rəsmi şəhər yaşayış məntəqələrində olanlar daha çox problemlə üzləşirlər. Yerli, əlil, yaşlı təbəqənin bir hissəsi olan qadınlar da xidmətlərə, sığınacaqlara və ya müdafiələrə məhdud çıxışla üst-üstə düşən risklərə məruz qalırlar.

Afrikanın Səhra bölgəsinə dair proqnozlar göstərir ki, temperatur 4 dərəcə Selsi artarsa, intim partnyor zorakılığı 2015-ci ildəki 48 milyon qadından 2060-cı ilə qədər 140 milyona çata bilər. Bununla belə, istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdıran ssenariyə əsasən, təsirə məruz qalan qadınların payı 2015-ci ildəki 24 faizdən 2060-cı ildə 14 faizə qədər azala bilər.

Hesabatda, həmçinin ətraf mühitin qorunması ilə məşğul olan qadın hüquq müdafiəçilərinə qarşı artan təhdidlərə diqqət çəkilir. Onların bir çoxu torpaqdan dağıdıcı istifadəyə və ya hasilat sənayesinə qarşı çıxış etdikləri üçün təqib, böhtan, fiziki hücum və ya daha pisi ilə üzləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri