Icma.az
close
up
RU
BMT nin Yüksəksəviyyəli Dialoqunda Azərbaycanın dayanıqlı şəhərlər və layiqli mənzil sahəsindəki təşəbbüsləri təqdim edildi KONKRET

BMT nin Yüksəksəviyyəli Dialoqunda Azərbaycanın dayanıqlı şəhərlər və layiqli mənzil sahəsindəki təşəbbüsləri təqdim edildi KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

22 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən Nyu-York şəhərində təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində “Hər kəs üçün layiqli mənzil” mövzusunda Yüksəksəviyyəli Dialoqun bağlanış sessiyasında çıxış edib.

KONKRET.az xəbər verir ki, komitə sədri çıxışı zamanı Azərbaycanın əlverişli mənzil və urbanizasiya sahəsində həyata keçirdiyi strategiyadan, davamlı və inklüziv şəhər inkişafı istiqamətində atılan addımlardan və bu sahədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) verdiyi töhfədən bəhs edib. Bildirilib ki, ölkəmizdə həyata keçirilən irimiqyaslı şəhərsalma və mənzil layihələri həm keyfiyyətli yaşayış imkanlarının genişləndirilməsinə, həm də sosial bərabərliyin təşviqinə xidmət edir. Mənzil təminatı məsələsi uzun illərdir ki, Azərbaycanın milli inkişaf strategiyasında əsas prioritetlərdən biri kimi müəyyən olunub. Bu istiqamətdə ölkədə vətəndaşların keyfiyyətli və əlverişli mənzilə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş genişmiqyaslı tikinti və yenidənqurma proqramları həyata keçirilir. Reallaşdırılan tədbirlər çərçivəsində tikinti sektorunda enerji səmərəliliyi və ekoloji standartların tətbiqi, sosial inteqrasiyanı təşviq edən kompleks planlaşdırılmış və inklüziv yaşayış məhəllələrinin formalaşdırılması əsas hədəf olaraq müəyyən edilib. Bu yanaşma əlverişli şəhər mühitinin yaradılmasına, infrastrukturdan bərabər istifadə imkanlarının təmin edilməsinə və ümumilikdə sosial həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Anar Quliyev çıxışında mənzil məsələsinin təkcə sığınacaq deyil, insan ləyaqətinin, təhlükəsizliyin və icma birliyinin əsası olduğunu vurğulayıb. O qeyd edib ki, 2016-cı ildə yaradılmış Dövlət Mənzil İnşaatı Agentliyi vasitəsilə orta və aşağı gəlirli ailələr üçün müasir, enerji səmərəli və subsidiya əsasında mənzil layihələri reallaşdırılır.

Komitə sədri həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və şəhərsalma işləri barədə ətraflı məlumat verərək, burada həyata keçirilən layihələrin “yaşıl”, “ağıllı” və sağlam həyat tərzini təşviq edən yanaşma əsasında qurulduğunu qeyd edib. Bu ərazilərdə həyata keçirilən mənzil və infrastruktur layihələri yalnız qayıdış prosesini sürətləndirmir, eyni zamanda regional sabitliyə və sosial-iqtisadi dirçəlişə mühüm töhfə verir.

Anar Quliyev bildirib ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” şüarı altında 2026-cı ildə Bakıda keçiriləcək WUF13 şəhərsalma və mənzil siyasəti ilə bağlı məsələlərin dərindən müzakirəsi üçün əsas qlobal platformalardan birinə çevriləcək. Forum çərçivəsində adekvat, əlverişli və iqlimə davamlı mənzilə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş qabaqcıl strategiyanın, innovativ maliyyələşdirmə mexanizmlərinin, inklüziv planlaşdırma yanaşmalarının və davamlı tikinti təcrübələrinin mübadiləsi üçün geniş imkanlar yaradılacaq.

Komitə sədri tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək tədbirdə fəal iştirak etməyə dəvət edib. O, Forumun konkret təkliflərin və praktiki həllərin irəli sürüləcəyi strateji dialoqa çevrilməsi üçün Azərbaycan tərəfinin fəal əməkdaşlığa və tədbirin yüksək səviyyədə təşkilinə tam hazır olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 İyul 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri