Icma.az
close
up
RU
BMT sülhməramlı missiyaları azaldacaq

BMT sülhməramlı missiyaları azaldacaq

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya üzrə doqquz missiyada yerləşdirilən sülhməramlıların sayını 25 faiz azaltmağa hazırlaşır. Buna səbəb ABŞ-nın gələcək maliyyələşdirməsi ilə bağlı qeyri-müəyyənlikdir.
Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, ixtisarlar yaxın aylarda reallaşa bilər.
“Biz bütün sülhməramlı qüvvələrin və polis qüvvələrinin təxminən 25 faizini, onların texnikası və xeyli sayda mülki heyəti ilə birlikdə geri qaytarmalıyıq”, - BMT-nin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi deyib.
Onun sözlərinə görə, bu, təxminən 13-14 min sülhməramlı əsgər və polisə bərabər olacaq.
Qeyd edək ki, Birləşmiş Ştatlar BMT-nin sülhməramlı qüvvələri üçün əsas maliyyə mənbəyidir və maliyyənin 26 faizindən çoxunu təmin edir. Çin ikinci yerdədir: təxminən 24 faiz.
BMT-nin digər rəsmisinin sözlərinə görə, hələ iyulun 1-də yeni maliyyə ili başlamazdan əvvəl ABŞ vəd etdiyi 1,5 milyard dolları verməyib və indi daha 1,3 milyard dollar “gecikmiş” vəziyyətdədir. Bu isə 2,8 milyard dollar kəsir yaradır.
Məlumata görə, Vaşinqton tezliklə təxminən 680 milyon dollarlıq bir tranşı köçürə bilər.
Xatırladaq ki, avqust ayında ABŞ lideri Donald Tramp 2024-2025-ci illərdə sülhməramlı əməliyyatlar üçün nəzərdə tutulan təxminən 800 milyon dolları birtərəfli qaydada ləğv edib. Ağ evin Maliyyə Departamenti Mali, Livan və Konqodakı əməliyyatların uğursuzluğunu əsas gətirərək 2026-cı ildə BMT missiyaları üçün maliyyəni geri çəkmək istəyir.
Ümumilikdə, Kosovo, Kipr, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Livan, Mərkəzi Afrika Respublikası, Qərbi Sahara və İsrail ilə Suriya arasındakı Qolan təpələrindəki silahsızlaşdırılmış zonada missiyalar maliyyə çatışmazlığı səbəbindən kəsilə bilər.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri