Icma.az
close
up
RU
BMT: Toksik rəqəmsal məkanlar gender bərabərliyini təhdid edir

BMT: Toksik rəqəmsal məkanlar gender bərabərliyini təhdid edir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 iyun, AZƏRTAC

BMT-nin gender ayrı-seçkiliyinə son qoymağa həsr olunmuş agentliyi xəbərdarlıq edib ki, toksik rəqəmsal məkanlar real dünya münasibətlərinə, davranışlara və siyasətlərə getdikcə daha çox təsir göstərdiyi kimi, kollektiv şəkildə “manosfera” kimi tanınan onlayn icmaların artan şəbəkəsi gender bərabərliyinə ciddi təhlükə olaraq ortaya çıxır.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, onlayn əlaqəyə cəlb olunan 5,5 milyarddan çox insanın böyük əksəriyyəti sosial mediada aktivdir, rəqəmsal platformalar artıq insanların qarşılıqlı əlaqəsinin mərkəzinə çevrilib. Bununla belə, sosial media həm də mizoginiya (qadın düşmənliyi) və nifrət yaymaq üçün əlverişli platformaya çevrilib. Bir vaxtlar kənar internet forumları ilə məhdudlaşan “manosfera” indi məktəb həyətlərinə, iş yerlərinə çatır və bəzən intim şəxsi münasibətləri gərginləşdirir.

BMT-nin Qadınlara qarşı zorakılığa son qoyulması bölməsinin rəhbəri Kalliopi Mingeyru bildirib: “Biz tanışlıq, fitnes və atalıq kimi məsələlərdə təsir göstərənlərə müraciət edən gənc kişilərin və oğlanların artan tendensiyasını görürük. Bu insanlar qadınlara münasibətdə zərərli ideyaları təbliğ edirlər. Rəqəmsal platformalarda çox vaxt qadınların və qızların cəmiyyətdəki mövqelərinə laqeyd yanaşan, hətta gender bərabərsizliyi fikirlərini ön plana çıxaran mənfi statuslar dərc olunur”.

BMT-nin “Movember” fondunun məlumatına görə, sosial mediada oğlanların üçdə ikisi internetdə müntəzəm olaraq kişilərin guya feminizm qurbanı, qadınların təhlükə mənbəyi olduğu fikirlərini müdafiə edir.

BMT Baş katibinin qadınlara və qızlara qarşı zorakılığa dair ən son hesabatında qeyd olunur ki, “manosfera” qrupları feminizmi pisləməkdə, habelə qadınları manipulyasiya edən və ya onları təhlükəli kimi təqdim etməkdə yekdildir. Bu təxribatçı və qütbləşdirici məzmun sosial media alqoritmləri ilə getdikcə güclənir.

BMT-nin nümayəndəsi əlavə edib ki, sosial mediada anonimlik bu tendensiyanı daha da artırır və hər iki cinsdən olan gənclərin əqli və fiziki rifahına zərər vurur. “Qadınlar və qızlar rəqəmsal platformalarla məşğul olduqda, risk və təhdidlərə məruz qalmaqla bağlı özlərini daha narahat hiss edirlər. Bu təhdidlərlə qarşılaşan qadın jurnalistləri, siyasətçiləri daha tez-tez görürük. Bütün bunların qarşısını almaq üçün təhlükəsiz rəqəmsal məkanlar yaradılmalı, hər kəs zərərli məzmuna məruz qalmadan sosial media sahəsində öz seçimini etməlidir”, -deyə Kalliopi Mingeyru sözlərinə yekun vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri