Icma.az
close
up
RU
Ölkələr haqqında maraqlı faktlar: Misir

Ölkələr haqqında maraqlı faktlar: Misir

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Misir təkcə valehedici tarixi ilə deyil, həm də rəngarəng mifologiyası və maraqlı inancları ilə tarixin ən füsunkar sivilizasiyalarından biridir. Gəlin, Misir haqqında hər kəsin bilmədiyi bəzi maraqlı faktlara nəzər yetirək. 

1. Qədim Misirdə tanrılar həyatın hər sahəsinə təsir edən güclü varlıqlar idi.

2. Misirlilər pişiklərə böyük hörmət bəsləyirdilər

Həmçinin oxu:

Ölkələr haqqında maraqlı faktlar: Estoniya Ölkələr haqqında maraqlı faktlar: İngiltərə Ölkələr haqqında maraqlı faktlar: Malta Ölkələr haqqında maraqlı faktlar: Avstriya

Bu, Misir haqqında ən maraqlı faktlardan biridir. Eramızdan əvvəl 600-cü ildən etibarən pişiklər müqəddəs hesab edilməyə başlandı. 1889-cu ildə arxeoloji qazıntılar zamanı Misirdə pişik qəbirlərində çoxlu mumiyalanmış pişik qalıqları tapılıb.

Pişiklər xüsusilə Bastetə sadiq idilər. Bastet ovçuluq və gecə görmə qabiliyyətinə görə müqəddəs sayılan pişiklərin himayədar ilahəsi idi. Misirdə zadəganların ayaqları altında pişiklər təsvir edilmişdir. Bu, onların nə qədər dəyərli olduğunun göstəricisi idi.

3. Misirin ən məşhur abidələrindən biri olan Böyük Sfinks Gizada yerləşir.

Şir bədəni, insan üzü və qartal qanadları olan bu heykəl müdrik varlıq sayılırdı. Əfsanələrə görə, Sfinks insanlardan tapmacalar soruşardı. Səhv cavab verənləri amansızcasına cəzalandırardı.

4. Nil çayı 6 650 km uzunluğundadır və Misirdən keçir.

Qədim misirlilər həyatlarını Nil çayının bolluğuna borclu idilər. Çaydan alınan su əkinçiliyi mümkün etdi və daşqınlardan sonra torpaq münbit oldu.

5. Papirus qamışları Nil sahillərində bitən mühüm bitkilərdən biri idi. Bu bitkilər qurudulub kağız istehsalı və qayıq istehsalında istifadə olunurdu.

6. Misirin qədim paytaxtları Teben və Luksor olub.

Luksor yaxınlığında yerləşən Krallar Vadisi və Kraliçalar Vadisində Yeni Krallıq dövründə (e.ə. 1550-1070) Misir hökmdarları üçün tikilmiş nəhəng qaya qəbirləri var. Fironların ölümdən sonra da bu məzarlarda həyatı davam etdirəcəyinə inanılırdı.

7. Turizm deyincə ilk ağıla gələn şəhərlərdən biri olan Şarm əl-Şeyx ildə təxminən 360 gün dənizdə üzməyə imkan verir.

Misirin Cənubi Sinay əyalətində yerləşən bu kurort şəhərində qışda orta temperatur 15 dərəcə, yayda isə 35 dərəcəyə kimi olur.

8. Misir 110 milyondan çox əhalisi ilə dünyanın 14-cü ən sıx ölkəsidir.

9. Misirin iki qitədə torpaqları var. Süveyş kanalının qərbindəki torpaqlar Afrikanın, Sinay yarımadası isə Asiyanın bir hissəsi hesab olunur.

10. Ölkə demək olar ki, tamamilə səhra olduğundan, əhalinin təxminən 95 faizi Nil çayı ətrafında 20 kilometrlik zolaqda yaşayır.

11. Ölkənin simvolu qızıl qartal və ağ lotusdur.

12. Min minarəli şəhər kimi tanınan Qahirə Afrika qitəsinin ən sıx məskunlaşdığı şəhərdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:354
embedMənbə:https://banco.az
archiveBu xəbər 12 May 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri